“Dünyanın damı”nda qeyri adi həyat
Bir vaxtlar əfsanəvi İpək Yolunun bir hissəsi olan Orta Asiyadakı Pamir dağı dünyanın ən qəribə yerlərindən biridir. Bura dünyanın damı olaraq tanınır. Bu bölgədəki kəntdə 20 ailə var və mədəniyyətdən uzaq bir həyat yaşayırlar.

Pamir dağından bir görüntü
Sovet dövründə xaricilərə bağlanan bu ərazi, indi macərəpərəst turistlər üçün ideal yerdir. Bunun səbəbi də çox maraqlıdır.
Farsca Bami Dünya (Dünyanın damı) olaraq tanınan Pamir dağı, Tacikistan və Çin arasında Qorno-Badaxşanda yerləşir.
Bir zamanlar İpək yolunun bir hissəsi olan ərazi Sovet dövründə bağlandı. Ancaq indilərdə macərəpərəst turistlər tərəfindən təkrar ziyarət olunur.
Qorno Badaxşan Pamir dağlarını Əfqanistan, Özbəkistan, Tacikistan və Qırğızıstandan keçən Pamir quru yolu ilə xarici dünyaya bağlayır. Bölgəyə qış aylarında yağan kəskin qar səbəbi ilə nəqliyyat çətinləşir.

pamir-qara yolu
Pamirin yerləşdiyi İpək yolunun şimal bölgəsindəki Yamçun qalası diqqət çəkici memarlıq abidələrindəndir. Tarixi 3-cü əsrə aiddir. Qayalığın təpəsinə inşa olunan bu qalada İpək yoluna aid kargo, nəqliyyat və təhlükəsizliyə nəzarət olunurdu.
Şanlı keçmiş və fərqli bir miras
Pamir xalqı Tacikistanda yaşayan digər xalqdan fərqli olaraq güclü mədəniyyətə sahibdir.
2008-ci ildən hər il iyul ayında paytaxt Xoroq, Pamir bölgəsinin dörd bir tərəfindən gələn rəqqasları, sənətçiləri və tarixi İpək yolu üstündə yaşayan digər dağ xalqlarını qonağ edir.
“Dünyanın damı” adlı festivalda iştirak edənlər sənət, musiqi və rəqs sahəsində öz bacarıqlarının sərgiləyirlər.
Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan da olduğu kimi Özbəkistan, Tacikistan ki Orta Asiya ölkələrində qadınlar üçün qaş çox vacibdir. Gözəllik və saflığın simvolu olaraq görülür. Qadınlar qaşlarını birləşdirmək üçün qələmlə boyayırlar.
Dünyadan uzaq
Bulunqul kəndi dağlıq Tacikistan bölgəsinə yaxın modern dünyadan uzaq bir həyat yaşanır. Kəntdə təxmini olaraq 20 ailə var. Yollar daşlardan və torpaqlardan ibarətdir. Rəngli tədbirlər və fərqli adətlərə baxmayaraq burada yaşayanların əsas dolanışıqı heyvandarlıqdır. Tibet öküzü, keçi və qoyunlar kəndlilərin həyatta qalması üçün böyük bir rola sahibdir. Çünki burada başqa bir iş imkanı yoxdur.
Kənddəki tək məktəbdə 2 müəllimə və 50 şagird var. 18 yaşına çatdıqda bəziləri ailələrinə və sürülərinə baxmaq üçün kənddə qalırlar. Bəzi gənclər kəndlərini sevsələrdə gələcəkləri üçün daha yaxşı yerlərdə qalmaq istiyirlər. Bir çox gənc iş tapmaq üçün Tacikistan və ya Rusiyaya köçürlər. Ancaq Bulunkulda yaşayan bir çox yaşlı sakinlər isə buradan başqa yerlərə köçmək istəmirlər. Həyatları boyunca bir neçə dəfə Xoroq bölgəsi ətrafına gedməsinə baxmayaraq yaşayışlarını, vərdişlərini dəyişmək istəmirlər.