Dünyanın ən böyük lalə bağı
Hollandiyanın Lisse şəhərində hər il 1 milyondan çox turistin ziyarət etdiyi dünyanın ən böyük lalə bağı bu il də böyük maraqla ziyaət olundu. Park 32 hektar sahəni əhatə edir. Park martın 20-dən mayın 20-nə kimi ziyarətçilərə açıq olur.

Hollandiya-gül bağı
Hollandiyanın Lisse şəhərində yerləşən dünyanın ən böyük Lalə bağı “Çiçəyin gücü” mövzusuyla bu il 70-ci dəfə qapılarını ziyarətçilərə açdı.
2018-ci ildə 1.4 milyon adamın ziyarət etdiyi bu bağça bu il də böyük maraq görür.
Ziyarətçilərin 80 faizi dünyanın müxtəlif yerlərindən gələn turistlərdir.
Gül bağı ilin 2 ayı ziyarətə açıq olmasına baxmayaraq 2018- ci ildə təkcə Amerikadan 120 min və Çindən 80 min turistə xidmət edib.
Səkkiz həftə boyunca Hollandiya gülçülüyünü dünyaya tanıdmağa çalışan lalə bağında 500 fərqli çiçək istehsalçısına aid 7 milyon çiçək tapmaq mümkündür.
Lalə bağının əlverişsiz hava şəraiti ilə bağlı gülsüz qalmaması üçün bəzi texnikalardan istifadə olunur. Toxumları torpağa 2 və ya 3 olaraq yerləşdirilir. Beləliklə biri açdıqdan sonra digəri də öz növbəsində açır.
Lalə bağı ilk dəfə 1950-ci ildə xidmət göstərib. Gül bağı birinci il 236 min adam ziyarət edib. Hollandiya kral ailəsi tərəfindən dəstək görən lalə bağı Hollandiya iqtisadiyyatına əhəmiyyətli təsir göstərir.