Dünyanın quruda ən dərin nöqtəsi Antarktida-da tapıldı
Antarktidadakı tədqiqatçılar dünyanın ən dərin çuxurunu kəşf etdilər. 3,5 km dərinliyə gedə bilən çuxur, əvvəllər torpağın ən dərin çuxuru olaraq bilinəndən 8 qat daha dərindir.

Dünyanın ən dərin quru nöqtəsi olaraq təyin olunan yer, Antarktidanın dəqiq xəritəsi hazırlamaq istəyən elm adamları tərəfindən aşkarlandı. Yeni bir şəkildə aparılan xəritəçəkmə işləri zamanı tədqiqatçılar dünyanın ən dərin nöqtəsini müəyyənləşdirdilər.
Yeni tapılan çuxurdan əvvəl Dünyanın ən dərin çuxuru Ölü dənizin İordaniya-İsrail sərhəddində bir çuxur kimi tanınırdı. Ölü dənizdəki çuxur 413 metr dərinlikdə idi. Denman buzlaqının altında kəşf edilən çuxur suyun səviyyəsindən 3,5 kilometrə qədər enir.
Antarktida xəritəsini hazırlamağa çalışan tədqiqatçılar, Ağ qitədəki təpələr və silsilələrin qlobal istiləşmə səbəbiylə meydana gələn buzlaqların əriməsini gecikdirdiyini aşkar etdilər. Təpələr və silsilələrdən fərqli olaraq tədqiqatçılar düz ərazilərin buzlaqların əriməsini və dənizlərə çatmasını sürətləndirdiyini müəyyən etdilər.
Dünyanın ən dərin çuxuru 6 illik bir araşdırma ilə kəşf edildi
Antarktida yerinin ətraflı xəritəsini hazırlamaq üçün 6 ildir çalışan doktor Mathieu Morlighem, əldə etdikləri xəritənin indiyə qədər ən detallı Antarktika xəritəsinin olduğunu söylədi.
Antarktida yer xəritəsini əldə etmək üçün aparılan araşdırma ilk deyil. Ancaq daha öncə aparılan araşdırmalarda xəritənin mikrodalğalı radarlarla alınmasına çalışılmışdır. Ancaq bu üsul bəzi maneələrlə qarşılaşdı. Məsələn, Denman Kanyonu o qədər dərin və dar olduğu üçün mikrodalğalar kanyonun divarlarından geri əks olunurdu. Bu, dərinliyin düzgün alınmasına mane olurdu.
Dr.Mathieu Morlighem tərəfindən hazırlanan metodda bu günə qədər əldə edilən bütün Antarktika xəritəsi birləşdirildi. Xəritələrin birləşməsindən qalan boşluqlar kütlənin qorunması qanunu ilə hesablanırdı. Kütlənin qorunması qanunu ilə edilən hesablamalardan əldə edilən məlumatlar buzun irəliləyiş sürətini əldə olundu. Bilinən coğrafi obyektlərdən keçən buz sürəti ilə buzlaqın həcmi hesablandı.
Elm adamları Denman Kanyonun dərinliyini bu kütlə və həcm məlumatları ilə tapdılar. Tədqiqatçıların bu xəritəçəkməsi Denman Kanyonun dünyanın ən dərin çuxuruna çevrilməsinə səbəb oldu.