Dünyanın ən qeyri-adi kəndləri
Dünyanın ən qeyri-adi kəndində yalnız 18 nəfər yaşayır. Ora gətmək heç də asan deyil…

Qasadalur kəndi
İnsanlardan uzaqlaşıb, sakit bir yerdə dincəlmək istəyirsinizsə sizin üçün yaradılmış kəndlər var. Sizi həyatın qarışıqlığından qaçacağınız, dünyanın ən uzaq yerlərində yerləşən kəndlərlə tanış edək. Siyahıda ikinci dünya müharibəsində ingilislər tərəfindən inşa olunan kəndi də tapacaqsınız, dünyanın ən kiçik paxtaxtını da.
Qasadalur kəndi (Farer adaları – Danimarka)

Mulafossur şəlaləsi

Qasadalur kendinin görüntüsü
Çox gözəl təbiəti olan Farer adaları İslandiya və Şotlandiyanın arasında yerləşir. Həqiqətən də ən qeyri-adi kənd adına layiq olan Qasadalur kəndi də bu adalarda yerləşir. 213 metrlik sıldırım qayaların üzərində yerləşən bu kəndə, 2004-cü ilə kimi 3 yolla gedmək olurdu. Bunlardan birincisi İkinci Dünya Müharibəsində ingilislər tərəfindən inşa olunan tək bir nərdivanla mümkün olurdu. Digərləri isə 700 metrlik dağlara dırmaşmaq, gəmi və helikopterdən istifadə etməklə mümkün olurdu. Nəqliyyat çətinliyi və uzaqlığına görə bu kənddə əhalinin sayı surətlə azalmağa başladı. Hazırda bu maraqlı kənddə yalnız 18 nəfər yaşayır.
Qasadalur kəndi sahib olduğu yaşıllıqları ilə çox gözəl təbiətə malikdir . Ayrıca kənddə yerləşən Mulafossur şəlaləsi də ən gözəl şəlalələrdən biridir.
Tristan da Cunha adası

Tristan da Cunha adası

Tristan da Cunha mənzərəsi

Tristan da Cunha – ən uzaq ada
Tristan da Cunha adasına ən yaxın yer olan Cənubi Afrika 2800 km uzaqlıqda yerləşir. Ada əsas yaşayış məntəqələrindən ən uzaqda yerləşən əhalisi olan arxipelaq adasıdır. Dünyada gedilməsi ən çətin yer olaraq qəbul edilmişdir.
1506-cı ildə kəşf edilən Tristan da Cunha adasında uzun illər boyu İtalyan, İngilis və Amerikalılar məskunlaşıb.
Bu maraqlı kənndə əhali bir nöqtədə toplaşaraq, məskunlaşıb. Adanın kənar hissələrində yaşayan yoxdu. Kəndə nəqliyyat adada yerləşən balaca liman vasitəsilə həyata keçirilir. 2015-ci ildə adanın əhalisi 259 nəfər olaraq qeydə alınmışdır.
Undredal, Sogn og Fjordane (Norveç)

Undredal kəndi – Norveç

Undredal kəndinin kilsəsi – Norveç
Sogn og Fjordane, ölkənin qərbində yerləşən əyalətdir. Şimalında More og Romsdal, cənubunda Bergen, şərqində Oppland, cənub-şərqində isə Buskerud ilə sərhədi olan əyalətin 18,623 kv km sahəsində 109 min əhali yaşayır. Əyalətdə 26 bələdiyyə mövcüddur. Bu qeyri-adi yer UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb. Undredal kəndinə isə tək bir yolla gedmək mümkündür. 112 evin olduğu bu balaca kəndin təbiəti görənləri heyrətə gətirir.
Çox sayda ziyarətçisi olmayan bu kənd, Norveçdə görülməsi lazım olan yerlərdən biridir.
Phugtal Gompa manastırı / Hindistan

Phugtal Gompa monastırının görüntüsü – Hindistan

Phugtal Gompa monastırı – Hindistan
Phugtal gompa manastırı, təxminən 2550 il əvvəl çox saylı müdrik, alim, tərcüməçi və rahib tərəfindən ziyarət olunduğuna inanılan mağaranın çevrəsində inşa olunub.
Monastrın uzaq sahədə yerləşməsi meditasiya, sülh və yalnızlıq axtaranlar üçün ideal yer mövqeyindədir.
Gelug Tibet buddizm məktəbinin olduğu Phuktal Gompa, 15-ci əsrin əvvəlində Je Tsongkhapa-nın şagirdi olan Jangsem Sherap Zangpo tərəfindən qurulmuş yerdir. 12-ci əsrdə inşa olunan bu Himalay dağları monastrında bugün 70 rahib yaşayır.
Ittoqqortoormiit (Qrenlandiya)

Ittoqqortoormiit – Qrenladiya

Ittoqqortoormiit – insanın ən yaxın dostu – Qrenladiya

Ittoqqortoormiit – liman – Qrenladiya
Qrenlandiya yamyaşıl təbiəti və bəyaz buzlaqların yan-yana gəldiyi möhtəşəm mənzərəsi və rəngarəng evləri ilə nağıllar aləmini xatırladan bir ölkədir. Ölkənin 81% buzlaqlarla bağlı olduğundan məskunlaşma əraziləri məhdud saydadır. Bu səbəblə az əhaliyə sahibdir.
Burada ən diqqət çəkən yer isə qeyri-adi adı olan İttoqqortoormiit-dir. İttoqqortoormiit-i tələffüs etmək kimi, ora gedmək də çətindir. İslandiyadan həftədə bir dəfə təyyarə reysi mövcüddur. Təyyarədən sonra helikopter köməkliyi ilə qəsəbəyə gedmək mümkündür.
Bura Danimarkaya bağlı Greenland Şimal qütbündəki ən böyük buzlaq sahədir. Qütb iqliminin hakim olduğu bu kənddə təxminən 452 nəfər yaşayır. Bu maraqlı kəndə tək nəqliyyat vasitəsi helikopter və ya dəniz yoludur. Təbii ki, soyuq havaların təsirini göstərdiyi və kəndin qarlar altında olmadığı zamanlarda…
Adamstown (Pitcairn adaları)

Adamstown – Pitcairn adaları

Adamstown – liman – Pitcairn adaları

Adamstown – kilsə – Pitcairn adaları
Pitkern adaları, Taitiyə 2000, Havay adalarına isə 3500 km uzaqlıqda yerləşir.
Ən qədim məskunlaşma izləri 11-ci əsrə aid olan adada 1790-cı ildə məskunlaşan dəniz quldurları ada əhalisinin sayını artırıb. Heç kimin tanımadığı adaya məskunlaşan dəniz quldurları ilk illərdə çox rahat yaşayıblar. Lakin 1808-ci ildə balina ovçuları tərəfindən yenidən kəşf olunan ada qitələr arası nəqliyyatı həyata keçirən limana çevirildi.
İllər keçdikcə əhalisi artdığı üçün adada yer tapmayan və ya qalmaq istəməyənlər adanı tərk ediblər. Hal-hazırda 45-55 nəfər əhaliyə sahib adanı hər il təxminən 1000 nəfər turist ziyarət edir. Gələn turistlərin böyük bir hissəsi adanın paxtaxtı olan Adamstown-u ziyarət edirlər.
Öz bayrağı, paytaxtı, marşı olan ada müstəqil bir dövlətdir. Təbiətlə iç-içə, sakit bir yer olan Pitkern adalarının bir də pis tərəfi var. Bu isə internettir. Bu adada internet peykdən əldə olunur. 2 GB internetin qiyməti təxminən 21 dollardır. Üstəlik internetin sürəti isə 0,25 mbitdir.
Reine (Norveç)

Reine – şimal parıltısı – Norveç

Reine – Norveç

Reine – yuxardan görüntü – Norveç
Norveçin təbiət möcüzəsini görmək istəyirsinizsə Lotofen adalarına gedməyiniz lazımdır. Norveçin bir çox gözəlliklərə sahib olduğu hərkəsə məlumdur, lakin qeyri-adi gözəlliyə mailk Lotofen adaları başqadır.
Lotofen adaları deyildikdə ağıla ən gözəl kəndi Reine gəlir. Bir-birinə çox yaxın şəkildə yaşayan 329 nəfərlik əhalisi ilə Reyne balaca ama səmimi bir kənddir.
Hər fəsil ləzzət ala biləcəyiniz bu möhtəşəm kənd Norveçin təqdimat broşuralarında bu xüsusiyyətləri səbəbiylə çox istifadə olunur.
Huacachina oazisi (Peru)

Huacachina oazisi – Peru

Huacachina oazisi – çimərlik – Peru

Huacachina oazisi – sandboarding – Peru
Peruda yerləşən Huacachina dünyanın ən möhtəşəm yerlərindən biridir. İlk baxışdan səhranın ortasında bir göl olaraq görünən yerin ətrafında palma ağacları, saqqız ağacları və qəhvə yetişir. Bu kənddə 115 nəfər əhali yaşayı.
Gəliri turizm ilə əldə edən Huacachinada qədim İnk tayfalarının törəmələri yaşayır. Əvvəllər İnklərin vaxtında bura müqaəddəs yer sayılırmış. Adının mənası isə “Huaca” -müqəddəs yer, “China” -isə qadın deməkdir.
Buranın yaranma hekayəsi isə çox maraqlıdır. Bir əfsanəyə görə çölün ortasındakı bu oazis ölən sevgilisinin arxasından ağlayan bir qadının gözyaşlarından yaranıb.
Motuo (Çin – Tibet)

Mutuo – Çinin Tibet dağları

Mutuo – körpü – Çinin Tibet dağları

Mutuo – səhər açılır – Çinin Tibet dağları
Şərqi Tibetdə yerləşən Motuo dünyanın ən təcrid olunmuş yerlərindən biridir. Motuo, Çinin 2100 qəsəbəsindən biri olan lakin digərlərindən fərqli olaraq dünyayla əlaqəsi olmayan yer olaraq tanınır. Himalayların cənub yamacında yerləşən kənddə Menba və Luobo etnik qrupları yaşayır. Motuoda təxminən 10 min nəfər əhali yaşayır. Bu maraqlı və bir o qədər də təsir edici kəndə gedən turistlərin sayı çox deyil.
Oymyakon (Rusiya)

Oymyakon – Rusiya

Oymyakon – donmuş avtomobil – Rusiya

Oymyakonlu – Rusiya

Oymyakon – şaxta babaların məskəni – Rusiya
Rusiyanın Ural dağlarından Sakit okeana kimi uzanan torpaqlara və eyni zamanda Sibirdəki Oymyakon kəndinə də sahibdir. 500 nəfərlik əhalisi ilə Oymyakon kəndi dünyanın ən soyuq ərazilərindən biridir. 1933-cü ildə soyuq rekordunu bu il -62 dərəcə ilə yeniləmiş vəziyyətdədir.
Kənddə yaşayan əhali soyuqa qarşı nə qədər hazırlıqlı olsa da, soyuqdan kiprikləri də dona bilər. Bir məktəb və sağlamlıq klinikasının olduğu kənddə qış aylarında elektrik cihazlar və avtomobillər işlədilmir. Bu qeyri-adi mühittə 500 nəfər əhali yaşayır.