Dünyanın ən təhlükəli 10 ölkəsi
İqtisadiyyat və Sülh İnstitutu dünyanın ən təhlükəli ölkələri hesabatını bu il də açıqladı. Hesabat 2019-cu ilin ən təhlükəli ölkələrini vətəndaş müharibəsi, quraqlıq, terror və silahlanma kimi parametrlərə görə sıralayır.

İqtisadiyyat və Sülh İnstitutu Qlobal Barış İndeksi (GPI) hesabatını açıqladı. Bu hesabat bir ölkənin siyasi terroru, daxili qarşıdurmalardan ölənlər, cinayət hadisələri də daxil olmaq üzrə 23 fərqli göstəriciyə əsaslanır. Ölkələrin nə qədər təhlükəli olduğunu ölçür. GPI hesabatı 163 ölkəni dünyanın ümumi əhalisinin 99% cavabdeh olaraq dəyərləndirir. Bu ölkələri 3 əsas amillə dəyərləndirir. Bu amillər təhlükəsizlik və güvənlik, davam edən münaqişələr və hərbiləşdirmə daxildir.
GPI siyahısında olan ölkələrin xalları var. Xal nə qədər aşağı olarsa, ölkə bir o qədər dinc olur və xal nə qədər yüksək olsa, ölkə bir o qədər təhlükəlidir. Bu il nəşr olunan hesabata görə, ən təhlükəli ölkə 3574 xal ilə ötən ilin ikincisi Əfqanıstan oldu.
10.Rusiya
Hesabata görə, Rusiya adambaşına silah ixracatının ən yüksək olduğu ölkələrdən biridir və hesabatın üç əsas meyarından biri olan hərbiləşdirmə kateqoriyasına uyğundur. Son illər Suriyadakı vətəndaş müharibəsinin iştirak etməsi, ölkənin xarici münaqişədən ölümlərini artırdı. Ölkə rəhbərinə bağlılığı son 10 ildə 5% azalıb.
9. Konqo Demokratik Respublikası
Konqo Demokratik Respublikası gələcəkdə güclü daşqın üçün yüksək risk altındadır. Daşqınla birlikdə şiddət və Ebola kimi xəstəliklər ölkəni ən təhlükəli yerlərdən birinə çevirir. Ölkədəki dəstə və milislər, bu ilin əvvəlində Ebola xəstəliyini nəzarət altına almağa çalışan bir Kamerunlu həkimi öldürdülər.
8.Liviya
Liviyada artan vətəndaş müharibəsi, daşqın riski ilə birlikdə, onu dünyada ən az sülh və əmin-amanlıq yaşayan səkkizinci ölkə halına gətirmək üçün kifayətdir.
7.Mərkəzi Afrika Respublikası
Seleka üsyançıları və anti-Balak milisinin üzvləri Mərkəzi Afrika Respublikasında toqquşmalarını davam etdirir. Bu səbəbdən ölkə xaosa çevrilib. Ölkədəki vətəndaş müharibəsi 620 minə yaxın insanın ölkə daxilinə köç etməsinə səbəb oldu.
6. Somali

somali
Somali quraqlığa qarşı mübarizəni davam etdirir. Quraqlıq ilə yanaşı, ölkə yoxsulluqla da mübarizə aparır və dünyada həyat səviyyəsinin aşağı olduğu ən təhlükəli altıncı ölkədir.
5.İraq
İraq dövlət tərəfindən maliyyələşdirilən layihələrlə şiddətli şəkildə mübarizəyə başladı. Qaçqınların sayında ötən ilə görə azalma var. Lakin bu İraqı təhlükəsiz bir yerə çevirmək üçün kifayət deyil.
Ölkədə həm vətəndaş, həm də xarici müharibələr yer alır. Bütün dünyanı təhdid edən terror təşkilatının Suriyaya keçdiyi görünsə də, İraqda fəaliyyətini davam etdirir.
4.Yəmən
Yəmən, Səudiyyə Ərəbistanı ilə İran arasında davam edən soyuqluq arasında qaldığı üçün dünyanın ən pis humanitar böhranının mərkəzi olaraq qalır. bu Yəməni dünyanın dördüncü ən narahat ölkəsi edir.
3. Cənubi Sudan
Cənubi Sudan, digər Afrika ölkələri kimi, quraqlıq və vətəndaş müharibəsi ilə mübarizə aparır
2. Suriya

suriya
Suriya ötən ilin ən təhlükəli ölkəsi olsa da, bu il yerini Əfqanıstanla əvəzlədi. Suriyadakı hadisələrini yaxından tanıyırıq. Həm vətəndaş müharibəsi, həm də xarici müharibə Suriyanı illər boyu dünyanın ən təhlükəli ölkələrindən birinə çevirdi
1. Əfqanıstan

Əfqanıstan
Əfqanıstan bu siyahıda birinci yerdədir. İllərdi davam edən vətəndaş müharibəsi minlərlə insanın ölümünə səbəb oldu. BMT-nin hesabatına görə, münaqişə səbəbindən keçən il ölkədə 927 nəfər uşaq olmaqla, 3.804 nəfər həyatını itirdi. GPI hesabatına görə, son 10 ildə ölkədəki insanların 20%-i özlərini daha az güvəndə hiss edirlər. Son 5 ildə ölkə ordusuna inam 30% azalıb