Dünyanın ilk mobil internet xidməti i-mode 2026-cı ildə bağlanacaq
Yaponiyada fəaliyyət göstərən NTT Docomo telekommunikasiya şirkəti 1999-cu istifadəyə verdiyi dünyadakı ilk mobil internet xidməti i-mode’un 2026-cı ildə fəaliyyətinə son verəcəyini elan etdi.

dünyanın ilk internet xidməti-i mode
Dünyanın ilk mobil internet xidməti i-mode, mobil telefon istifadəçilərinə e-poçt göndərməyə, internetə baxmağa xüsusi formatlı veb saytlarda alış-veriş etməyə imkan verirdi. Xəbərlər, hava proqnozu, bilet rezervasyonları da daxil olmaqla bir çox xidmətlər təqdim edərkən, emojiyə bənzər simvolları Yapon istifadəçilərinin istifadəsinə vermişdi.
Xidmətinə 1999-cu ildə başlayan istifadəçilərin sayının azalması səbəbiylə 2026-cı ilin martında bağlanacaq. NTT Docomo tərəfindən verilən açıqlamada müqavilənin sayısındakı azalma, 5G-yə daha çox müəssisə mənbəyi ayırmaq üçün xidmətlərinə son veriləcəyi bildirilir
Dünyanın ilk mobil internet xidməti olan , 2004-cü ildə Yaponiyada 40 milyon abunəçiyə çatdı. Şirkət bu rəqəmə cəmi dörd il ərzində çatdı. 2004 ilə 2010 arasında yalnız 9 milyon abunəçi qazandı. NTT Docomo, texnologiyanı xarici ölkələrə ixrac etməyi planladı. Lakin yalnız Avropanın bəzi yerlərində fəaliyyət göstərirdi