Elm adamları, insan nəslinin yox olma ehtimalını izah etdi
Ingiltərədəki Oksford Universitetinin alimləri, apardığı təqdiqatlar ilə insan nəslinin tükənmə ehtimalını hesabladılar. Tədqiqata görə, nəslimizin tükənməsi bir insana ildırım vurmasından daha çoxdur.

İngiltərədəki Oksford Universitetinin alimlərinin işi bəşəriyyətin yox olma ehtimalını ortaya qoyur. İnsan nəslinin tükənməsi ilə bağlı Oksford Universitetinin alimlərinin təqdiqatına aid xəbər Daily Mail-də dərc olundu.
Daily Mail-də yayımlanan xəbərdə, elm adamlarının 350 min illik arxeoloji məlumatları araşdırdıqları və bu məlumatlara əsaslanaraq bəşəriyyətin məhv olma ehtimalının hesablandığı ifadə edildi. ədqiqatda bəşəriyyətin yox olma ehtimalı 14 mində 1 olaraq hesablandı.
Nəslimizin tüknməsi ehtimalı 14 mində 1 ehtimalı, bir insanın ildirım vurması ehtimalı olan 700 mində 1-dən daha çoxdur. Hətta bir insanın köpək balığı tərəfindən hücum olunması ehtimalı insan nəslinin tükənməsi ehtimalından daha uzaqdır.
Oxford Universitetinin alimləri tədqiqatları üçün Efiopiya və Mərakeşdə on minlərlə illik arxeoloji tapıntılardan istifadə etdilər. Arxeoloji tapıntılardan əldə edilən məlumatlarla nəslimizin tükənmə ehtimalı açıqlandı.
Bəşəriyyətin sonunu gətirə biləcək fəlakətlər arasında təbiət hadisələri göstərilir. . Bununla birlikdə nüvə müharibəsi, iqlim dəyişikliyi və şüursuz antibiotik istifadəsi kimi hadisələr də insan nəslinin sonuna səbəb ola bilər.