Elon Mask Teslanın patentlərini bütün dünyaya hədiyyə etdi
İlon Mask ixtiraçılar tərəfindən deyil, yalnız nəhəng korporasiyalar və hüquqşünaslar tərəfindən əldə edilən patenlərə inanmadığını bildirdi.

Elon Mask – Teslanın rəhbəri
Dünyanı daha təmiz hala gətirmək arzusunda olan Elon Mask, bütün Tesla patentlərinin heç bir lisenziya haqqı olmadan hər kəsə açıq olduğunu bildirdi.
Elon Mask öz bəyanatında bildirib ki, Tesla texnologiyalarından istifadə etməyi planlayanlara qarşı patentin pozulmasına dair hər hansı bir iddia qaldırılmayacaq.
Bu, şirkətlər öz dizaynlarını müdafiə etdikləri və tez-tez məhkəmələrdə üzləşdiyi vaxtda çox gözəl jest idi.
Elon Mask öz şirkətinin dünyaya qənaət etməsi ilə yanaşı, eyni zamanda elektrikli avtomobil texnologiyalarının inkişafı üçün də hər cür səy göstərdiyini bildirdi.
O, ixtiraçılar tərəfindən əldə edilməyən patentlərə inanmadığını bildirdi. Nəhəng korporasiyalar və hüquqşünaslar tərəfindən əldə edilən patentlərin məhkəmələrdə yalnız öz maraqlarını müdafiə etdiyini dedi. Maska görə belə patentlər inkişaf etməyə mane olurlar.
Mask əlavə etdi ki, onu patenlərini istifadə edərək daha sonra öz məhsullarını yüksək qiymətə satan şirkətlərə qarşı çıxacaq.
Teslanın rəhbəri ümid edir ki, daha da sürətlə yeni texnologiyaların yaradılması məqsədilə digər şirkətlər də bu istiqamətdə gedəcək