Əmək haqqı yüksək olan peşə və vəzifələr
Əmək haqqı ölkədən ölkəyə, hətta eyni ölkədə şəhərdən şəhərə çox fərqlənir. Ancaq, elə peşələr varkı dünyanın hər yerində yüksək əmək haqqı verir. Hansı şəhərdə yaşayırsız yaşayın, xəyallarınızda yüksək əmək haqqılı bir iş varsa, peşə seçərkən bu detalları nəzərdən keçirə bilərsiniz. PayScale.com – dan alınan məlumatlardan istifadə edərək, Almaniya, İngiltərə, Amerika və Kanadada əmək haqqısı yüksək olan peşələri sizin üçün bir araya gətirdik. Peşənizi seçməzdən ya da karyeranızı dəyişmədən öncə siyahıda ola peşələrə göz gəzdirərək məqsədinizi təyin edə bilərsiniz.

Hüquqşünas
Amerika, İngiltərə, Almaniya və Kanadada ən yüksək əmək haqqılı peşələr:
Anestezioloq
ABŞ-da bir anestezioloq, ildə 410 min dollardan çox qazana bilir. Birləşmiş Krallıqda 275 min dollar, Almaniyada 300 min dollar, Kanadada isə bu peşə sahibləri ildə 300 min dollardan çox qazanc əldə edə bilirlər.
Cərrah
Digər ən çox pul qazandıran peşə cərrahlıqdır. Cərrahlar, ABŞ-da illik 396 min dollar, Kanadada təxminən 310 min dollar, İngiltərədə 220 min dollar və Almaniyada 248 min dollar qazana bilərlər.
Həkim
ABŞ-da təxminən 235 min dollar, İngiltərədə 167 min dollar, Almaniyada isə 120 min dollar qazanan həkimlərin Kanadada orta illik əmək haqqıları 186 min dollardı.
Ortodont
Diş, çənə və ağız pozuntularını diaqnoz və müalicəsini təmin edən ortodontlar, İngiltərədə ildə 327 min dollar, ABŞ-da 295 min dollar, Almaniyada 192 min dollar, Kanadada isə 157 min dollar qazanırlar.
Stomatoloq
Stomatoloqlar da ortodontlar kimi çox qazandıran peşədir. Bir diş həkimi ABŞ-da illik ortalama 225 min dollar qazanır, bu rəqəm İngiltərədə 135 min dollar, Almaniyada isə 120 min dollardır. Kanadada bu rəqəm 180 min dollara çıxa bilir.

Stomotoloq
Baş inzibatçı (CEO)
CEO əmək haqqı firmaya görə dəyişir, lakin ümumiyyətlə yüksək olduğu təxmin edilir. ABŞ-dakı bəzi CEO – lar ildə 430 min dollardan çox qazanc əldə edə bilirlər. Bu rəqəm Almaniyada 390 min dollar, İngiltərədə 295 min dollar, Kanadada isə 250 min dollar ola bilir.
Baş mühəndis
Baş mühəndis ABŞ-da ildə 156 min dollar qazandığı halda, İngiltərədə orta hesabla 136 min dollar təşkil edir. Bu rəqəm Almaniyada 173 min dollardır, Kanadada bəzi baş mühəndislər isə 190 min dollardan çox qazanırlar.
Sistem adminstratoru
Sistem adminstratorları ABŞ-da təxminən 133 min dollar qazana bilərlər. İngiltərədə bu rəqəm 78 min dollar, Almaniyada 98 min dollar, Kanadada isə 94 min dollardır.
Şirkətdə hüquqşunas
Yaxşı bir şirkət hüquqşunası ABŞ-da təxminən 195 min dollar, İngiltərədə 160 min dollar, Almaniyada 190 min dollar qazana bilir. Kanadada peşələrin zirvəsində olan şirkət vəkilləri təxminən 130 min dollar qazana bilirlər.
Marketinq meneceri
Almaniyada bəzi marketinq menecerləri təxminən 115 min dollar, ABŞ-da 102 min dollar, İngiltərədə 73 min dollar, Kanadada isə 70 min dollar qazanırlar.
Aviadispeçer
ABŞ-da hava mühəndisləri ildə ortalama 155 min dollar, İngiltərədə isə 153 min dollar qazanırlar. Kanadadakı mühəndislər illik təxminən 135 min dollar gəlir əldə edirlər.
Pilot
Hava yolu şirkətləri fərqlənir, amma təcrübəli aviaşirkətlərin pilotları ABŞ-da illik orta hesabla 452 min dollar qazana bilir. Bu rəqəm İngiltərədə 238 min dollar, Kanadada isə 198 min dollardır.
Əczaçı
Əczaçı ABŞ-da 136 min dollar, Almaniyada təxminən 90 min dollar, İngiltərədə isə 66 min dollar qazana bilir. Kanadalı əczaçılar isə illik 89 min dollar gəlir əldə edirlər.
Neft mühəndisi
ABŞ-da bəzi neft mühəndisləri ildə təxminən 196 min dollar, İngiltərədə 120 min dollar, Almaniyada isə 155 min dollar qazanırlar. Kanadada yaşayan neft mühəndisləri isə illik 150 min dollara yaxın alırlar.
Data Analist
Orta illik əmək haqqıları ABŞ-da 184 min dollar, Almaniyada 145 min dollar, Kanadada 128 min dollar, İngiltərədə isə 97 min dollardır.

data analist
Hava mühəndisləri
ABŞ-da hava mühəndisləri illik təxmini 133 min dollar gəlir əldə edirlər. İngiltərədə 76 min dollar, Almaniyada isə 100 min dollar qazanırlar. Kanadada 2018-ci ildə ən çox tələb olunan işlərdən biri olan hava mühəndisliyi illik Kanada gəlirləri təxminən 81 min dollardır.
Kompyuter Avadanlığı mühəndisi
ABŞ-da bu peşə sahibləri 144 min dollar, Almaniyada 95 min dollar, Kanadada 88 min dollar, İngiltərədə isə illik 55 min dollar qazanc əldə edirlər.
Köhnə proqram mühəndisi
Almaniyada və İngiltərədə ildə təxminən 100 min dollar qazandığı halda, Amerikada bu rəqəm 157 min dollara çıxır. Kanadada isə 95 min dollar təşkil edir.
Universitet professoru
Universitet professorları da ən çox əmək haqqı alan peşələrdəndir. Bu peşə sahibləri Almaniyada 219 min dollar, Amerikada 160 min dollar, İngiltərədə isə 125 min dollar gəlir əldə edirlər. Kanadada bəzi professorlar ildə təxminən 133 min dollar qazanırlar.