Eynşteynin “Allah haqqında məktubu”
Eynşteynin “Allah haqqında məkktubunu” hərracda təqribən 2,9 milyon dollara satıldı.

Albert Eynşteyn
Twitter Christie’s-də məlumat verilir ki, Albert Eynşteynin alman filosofu Erik Qutkində ünvanladığı din və Allah haqqında fikirləri hərracda 2,9 milyon dollara satılmışdır. Lotun ilkin qiyməti 1,5 milyon müəyyən edilmişdir.
İki səhifəlik məktub alimin vəfatından bir il qabaq, 1954-cü ilin 3 yanvar tarixində yazılmışdır. Hərrac rəhbərliyi bu sənədi “Eynşteynin Allah, onun yahudi identikliyi və insanın əbədi məna axtarışı” haqqında ən məhşur məktubu olduğunu deyir.
Eynşteyn məktubunda yazır ki:
“tanrı” sözü mənim üçün insan zəifliyinin ifadəsi və onun məhsulundan başqa bir şey deyildir, İncil hörmət edilən, lakin hələ də ibtidai əfsanələr toplusudur. Heç bir təfsir, nə qədər incə olursa olsun, mənim üçün bu məsələdə hər-hansı bir şey dəyişə bilməz.