Facebook cərimə üçün 3 milyard dollar vəsait ayırıb
Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılması ilə bağlı ABŞ-ın federal ticarət komissiyası tərəfindən aparılan istintaqın nəticəsində 3-5 milyard dollar dəyərində cərimə gözləyir.

Bu haqda şirkətin 2019-cu ilin birinci rüb hesabatında qeyd edilib. Gözləntilər əsasında sosial şəbəkə mümkün ola biləcək vəsait cəriməsi üçün 3 milyard dollar vəsait ayırıb.
“Bu məsələ hələ həll olunmamış qalır. Buna görə də cərimənin müddəti və şərtləri barəsində heç bir zəmanət yoxdur” – deyə şirkət hesabatında qeyd edilib. Hesabata əsasən bu ilin birinci rübündə şirkətin gəliri demək olar ki, 15.1 milyard dollar təşkil edib. Bu, keçən ilin birinci rüb göstəricisi ilə müqayisədə 26% çoxdur. Lakin şirkətin təmiz gəliri iki dəfə aşağı düşüb (2.4 milyard dollar). Əgər Facebook-un cərimə ilə bağlı proqnozu düz çıxsa, bu, ABŞ-ın federal ticarət komissiyasının tarixində ən böyük cərimə göstəricisi olacaq.