Facebook Libra adlı kriptovalyutasını təqdim etdi
Facebook şirkəti özünün blockchain layihəsi olan Calibra.com saytını təqdim edərək Libra adlı kriptovalyutasını anons etdi. Sözügedən layihənin inkişafı ilə Mastercard, Visa, Spotify, PayPal, eBay, Uber, Vodafone şirkətləri ilə Andreessen Horowitz və Thrive Capital vençur şirkətlərinin daxil olduqları konsorsium məşğul olacaq.

Facebook-Libra-kriptovalyuta
Qeyri kommersiya məqsədli təşkilatlar istisna olmaqla hər bir iştirakçı şirkət bu layihəyə 10 milyon dollar investisiya yatıracaq. Layihənin işə salınması isə 2020-ci ilin əvvəlinə planlaşdırılır. Yeni kriptovlayuta ilə çalışmaq üçün Facebook şirkəti Calibra adlı elektron portmanatı işə salıb.
İstifadəçilərin gündəlik təhlükəsiz şəkildə əməliyyatlarının reallaşdırılması üçün sistem blockchain texnologiyası əsasında qurulub. Şirkət artıq onun test olunması üçün sorğuların qəbuluna start verib. Libra dələduzluqların yoxlanılmasında və onlardan qorunmasında bankların istifadə etdikləri alətlərdən istifadə edəcək. İstifadəçilərin hesabları ilə bağlı dələduzluq hallarının aşkar edilməsi halında Calibra dəymiş zərəri istifadəçilərə ödəməyi söz verir. Calibra Android və iOS əməliyyat sistemləri üçün nəzərdə tutulmuş fərdi tətbiq kimi fəaliyyət göstərəcək. Bununla yanaşı o, Whatsapp və Messenger-ə də sıx inteqrasiya olunacaq.