Facebook-un üçüncü rüb gəlirində böyük artım
Sosial şəbəkə operatoru Facebook, bu ilin üçüncü rübündəki ötən ilin eyni vaxtına görə 29% artaraq, 17.7 milyard dollara çatıb.

Sosial şəbəkə üçüncü rübün maliyyə nəticələrini açıqladı. Şirkətin üçüncü rübdəki xalis mənfəəti 19,6 faiz artaraq 5.1 milyard dollardan 6.1 milyard dollara çatdı.
Facebookun gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 13,7 milyard dollardan 17.7 milyard dollara yüksəldi. Bazar gözləntiləri şirkətin gəlirlərinin 17.4 milyard dollar olması istiqamətindəydi.
Balans rəqəmlərinin ardından Instagram, WhatsApp və Messenger’in də sahibi olan Facebookun birjadakı səhmləri 3% dəyər qazandı.
Facebookun məlumatına görə, birinci rübdə mobil reklam gəlirləri ümumi reklam gəlirlərinin 94 faizini təşkil etmişdi, keçən ilə bu 92 faiz idi.
Facebookun gündəlik aktiv istifadəçi sayı keçən ilin eyni dövrünə görə 8% artaraq sentyabr ayının sonuna 2,45 milyarda çatdı. Facebook gündə 2,2 milyard insanın Instagram, WhatsApp və Messenger istifadə etdiyini hesablayır.
Facebook-un qurucusu və baş direktoru Mark Zuckerberg verdiyi müsahibədə bu ilin üçüncü rübündə güclü bir dövr yaşadıqlarını deyərək hər kəs üçün daha güclü bir məxfilik təmin etmək üçün investisiya etdiklərini söylədi.

facebook-sosial şəbəkə