Facebook yeni dizaynını təqdim etdi
Gecə Facebook şirkəti F8 adlı tədbiri keçirdib. Həmin tədbirdə şirkət bir neçə yeni məhsullar anons etdi və varolan məhsullarda dizayn dəyişikliklərini elan etdi. Onların sırasında varolan sosial şəbəkənin dizayn dəyişikliyi, Messenger-in daha sadələşdirilmiş versiyası və s. var.

Facebook-un yeni dizaynı:
Şirkət məşhur sosial şəbəkənin yeni dizaynını təqdim edib. Dizayn dəyişikliyi sosial şəbəkənin təkcə desktop versiyasını deyil həm də mobil tətbiqini əhatə edəcək. Yeni dizaynda sosial şəbəkənin yuxarı hissəsindəki göy rəngli panel yox olacaq. Göy rəngin yerinə sosial şəbəkənin yuxarı hissəsi daha açıq rəngli dizaynda reallaşdırılacaq. Yeni dizayn FB5 adını əldə edib.

Facebook-un yeni dizaynı
Facebook tətbiqinin bu cür yenilənmiş versiyası yaxın zamanda Android və iOS üçün təqdim olunacaq. Sosial şəbəkənin desktop versiyasının dizayn dəyişikliyi isə bir neçə ay ərzində reallaşdırılacaq. Dizayn dəyişikliyindən sonra Facebook loqosu göy rəngli kvadratda deyil, mavi rəngli dairənin daxilində yerləşdiriləcək. Naviqasiya üçün nəzərdə tutulmuş ikonlar isə yuxarı hissəyə inteqrasiya ediləcək.
Mark Zuckerberg-in sözlərinə əsasən sosial şəbəkənin yeni dizaynı istifdəçinin diqqət mərkəzinə qrupları əlavə edəcək. Qruplar olan bölmədə istifadəçilər həmin qrupların xəbərlərini görə biləcəklər. Bundan əlavə olaraq Facebook qrup axtarışı məsləhəti sistemini də təkmilləşdirəcək. Bununla yanaşı qruplar yeni funksiyalar da əldə edəcəklər. Məsələn iş elanları üçün nəzərdə tutulmuş qruplarda vakansiyalar üzrə elanlar üçün şablonlar, oyun qruplarında isə ayrıca çatlar olacaq. İstifadəçilər həmçinin yazılarını öz səhifələrindən birbaşa qrupa yerləşdirə biləcəklər.
Şirkət sosial şəbəkəyə maraqlar üzrə sürətli dost axtarışı sistemini əlavə edəcək. Bura həmçinin Meet New Friends adlı yeni funksiya da daxildir. Şirkət qeyd edib ki, həmin funksiya sayəsində istifadəçilər məktəb, iş yeri və ya yaşadıqları eyni şəhər özəllikləri əsasında tanış ola biləcəkləri insanları axtara biləcəklər. Meet New Friends funksiyası hələ test rejimindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir. Sosial şəbəkədə daha bir yenilik hadisələr qovluğu olacaq. İstifadəçilər bunun sayəsində ətraflarında nələrin baş verdiklərindən xəbər tutacaqlar, sosial şəbəkədən məsləhət alacaqlar və öz qərarlarını dostları ilə koordinasiya edə biləcəklər.