Fiat Chrysler və Peugeot 50 milyard dollara birləşir
Fiat Chrysler, Peugeot və Vauxhall-un sahibi PSA Group 50 milyard dollarlıq birləşmə qərarını açıqladı. Satın alma və texnologiya sahələrində il 4 milyard dollar qənaət etməyi hədəfləyən razılaşma ilə dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq.

Fiat Chrysler
İki şirkətin 2018-ci ildə ümumi dövriyyəsi 190 milyard dollar, ümumi mənfəəti isə 12 milyard dollar oldu. Hansı ad altında birləşəcəkləri daha sonra açıqlanacaq.
PSA-nın baş direktoru Carlos Tavares yeni şirkətin baş direktoru olacaq.
Bu Fiat Chrysler-in bu il ikinci birləşmə cəhdi idi.
Daha əvvəl fransız rəqibi Renault-a 29 milyard dollar təklif edən şirkət, Renault-da 15 faizlik paya sahib olan Fransa hökuməti müdaxilə ilə iyun ayında danışıqlardan çıxdı. Bu birləşmə olsaydı, üçüncü ən böyük avtomobil şirkəti yaranmış olacaqdı.
İtaliya-Amerika tərəfdaşlığı Fiat Chrysler və Fransız PSA’nın birləşməsinin yaxın 15 ayda tamamlanması gözlənilir. Birləşmə nəticəsində meydana gələn qrupun Volkswagen, Renault-Nissan-Mitsubishi və Toyota’dan sonra avtomobil sektorunda dördüncü yerə yüksəlməsi və ildə 8.7 milyon nəqliyyat vasitəsi satması gözlənilir.