Fransa hökuməti “sarı jiletlər”ə güzəşt etməkdə gecikir
“Sarı jiletlər” kompromis tədbilərinin yetərli olmadığını və hökümətin reaksiyasının gecikmiş olduğunu hesab edirlər. İxtişaşlar səngimir.

Sarı jiletlər
Baş nazirin vədləri.
Fransa Baş naziri Eduard Filip ictimaiyyətə müraciət etdi. O, Fransa hökümətinin “xalqın tələblərini” tədricən təmin edəcəyini, və vətəndaşların narazılığına səbəb olan tədbirlərə, yəni yanacaq vergilərinin, qaz və elektrik enerjisinin tarifinin artmasına altı aylıq moratorium elan etdi.
Ancaq iki həftədən artıqdır ki, sarı sürücü jileti qeymiş və hökümət siyasətinə qarşı protest edən kəslərə Baş nazirin çıxışı inandırıcı gəlmədi. Belə görünür ki, hökümətin hadisələrə reaksiyası olduqca gecikmişdir.
Baş nazir Eduard Filip:
Heç bir vergi xalqın əzabına dəymir.
Yanvarın 1-dən artması planlaşdırılan yanacaq vergisinin hələki artımı tətbiq edilməyəcək. Yarım il ərzində onlar benzinlə bərabərləşdirilməli olan dizel yanacağının qiymətinin artmasını da ləğv edəcəklər. Nəqliyyatın texniki nəzarət qaydaları sadələşdiriləcəkdir. Və nəhayət, Fransa sakinləri üçün elektrik və qaz ödənişləri artmayacaq. Doğrudur, bütün bunlar son deyildir. Çərşənbə axşamı televiziyada yayımlanan çıxışında, Eduard Filip yalnız yarımillik bir moratorium və vergi sistemində ediləcək dəyişikliklərlə bağlı vətəndaşlarla məsləhətləşmələr haqda vəd verdi. Baş nazirin sözlərinə görə, o, ümid edir ki, bu qərarlar ölkədə sülhə və əmin-amanlığa səbəb olmalıdır.
Gec atılmış addım.
Bu tədbirlər noyabrın ortalarında, “sarı jiletlər” hərəkatı hələ təzə başlayanda, nümayişçiləri tam qələbə hissi ilə evlərinə yola salmağa artıqlaması ilə kifayət edərdi.
Bu gün isə, onlar hesab edirlər ki, təklif edilən tədbirlər kifayət deyil və hökümətin gecikmiş reaksiyasına açıq-aşkar gülürlər.
Sosial şəbəkələrin köməyi ilə bir araya gəlmiş nümayişçilər güclü olduğunu hiss edir, və küçələri tərk etməkdən imtina edirlər. Nəticədə, gələn şənbə günü planlaşdırılıan “Etiraz aksiyalarının 4-cü mərhələsi” təxirə salınmayıb. Fransız jurnalistlərinin hərəkat fəallarından və sıravi iştirakçılardan götürdükləri müsahibələrdə demək olar ki, eyni cümlələr və fikirlər səslənir, və bu fikirlər hökümət üçün heç də ümidverici deyil.
Fəallar öz cümlələrində daha çox ədəbi ifadələdən istifadə emtəyə çalışırlarsa, sıravi nümayişçilər kəskin sözlərdən çəkinmirlər: parlament üzvlərinin, nazirlər, prezidentlər və digərlərinin bütün imtiyazlarını ləğv etmək, imkanlıları kasıblarla bölüşməyə məcbur etmək:
Ölkədə pul var, ancaq bizim ciblərimizdə deyil.
Hökümət dialoqa hazır olduğunu bəyan edir, lakin onunla heç kəs danışmaq istəmir. Sağmərkəzli “Respublikaçılar” partiyasının sədri Loran Vokyenin dediyinə görə, məsələ “nəzakətli görüş və debatlarla” həll olunmayacaq – “konkret hərəkətlər lazımdır”.
Olkə üçün 2 millyard avroya başa gələcək elan olunmuş güzəştlər nəzərə çarpmamaq riski ilə üzləşir.
Köhnə tələblərin yerinə artıq yeniləri yaranmışdır. Onlar yalnız yanacaqla bağlı deyil, hətta bütövlüklə “sosial ədalət” sisteminə toxunur.
Burada söhbət tək vergilər deyil, həmçinin maaşların artımı, sosial xidmətlərin problemlərindən gedir. Bir tərəfdən “sarı jiletlər” dövlət aparatı qarşısında geniş tələblər irəli sürürlər, digər tərfdən isə onun saxlanması üçün xərcləməkdən imtina edirlər:
Qoy prezident Makron hədiyyələr bəxş etdiyi zənginlər ödəsin.
Fransa Prezidentinin mövqeyi.
Bu vəziyyətdə Fransa Prezidenti susma mövqeyindədir. Taktiki tərəfdən düzgün addımdır, manevr üçün yer saxlayır. Ancaq düzgün siyasi qərarvermə heç də xalq gözündə düzgün davranış kimi qiymətləndirilmir. Cənab Makrondan əslində populist jest gözləyirdilər. Düzgün çıxış yolunu tapmasa belə, düzgün sözlərin seçilməsi camaat arasında gərginliyi azalda bilərdi. İndi isə, “sarı jiletlər” Prezidentin “laqeydliyindən dərin küskünlük hissini” keçirdiyini deyirlər.
Prezidentə məsajlar çatdırılır ki, xalq seçki zamanı ona sevgi və rəğbət bəslədiyi üçün səs verməyib. Sadəcə “Milli ittifaqın” rəhbəri Marin Le Peni hakimiyyətə buraxmamaq üçün iki ziyandan ən az zərər verəni seçmişlər. Qeyd etmək lazımdır ki, Le Pen bu vəziyyətdən yararlanmaq üçün fürsəti qaçırmır. O, öz çıxışlarında bildirib ki, Emanuel Makronun xalqa qarşı silah işlətmək əmrini verən ilk Fransa prezidenti kimi tarixə düşmək istəmirsə, onda qərarlar əhəmiyyətli, aydın və təcili olmalıdır.
Qeyd etmək lazımdır ki, hakimiyyət əslində birinci addımı atmışdır. Ən azından alverə başlamışdır. Ancaq siyasətdə də, ticarətdəki kimi, ilk qiymət deyən kəs həmişə birinci güzəştə gedir.
Prezident Makronun mövcud problemləri əsasən əvvəlki uğurları ilə bağlıdır. O, Yelisey sarayına girmək üçün əvvəlki partiyaların və köhnə liderlərin etibarsızlığınından istifadə etdi. Nəticədə nüfuzuna görə ölkədə ona bərabər olan ikinci siyasətçi olmadı. O, parlamentin tərkibini öz xeyrinə dəyişdirdi, və bununla da hətta ən qeyri-populyar qərarlarını parlamentin mütləq səs çoxluğu ilə həyata keçirməyə nail olmalı idi.
Hakimiyyətə keçdikdən sonra, Makron ənənəvi partiyaları zəiflətməyə nail oldu, həmkarlar ittifaqlarını sıxdı. Əsas səbəb isə, onların təmsil etdikləri kəslər arasında nüfuzlarının itirilməsi idi.
“Altıncı respublika istəyirik!”
Nəticə etibarilə, xalqın narazılığı onlara tanış olan üsullardan heç biri ilə ifadə edilmir, partiya və ya həmkarlar ittifaqıları şəklində iştirak görsənmir, liderlər doğulmur və hər hansı bir intizam müşahidə olunmur.
“Sarı jiletlər” partiyaya və ya həmkarlar ittifaqlarına çevrilməmək üçün var gücüylə cəhd edirlər. Onların nümayəndələri televiziya proqramlarında nümayişyana qeyd edirlər ki, xalqı təmsil etmək hüququna malik deyillər. Halbuki hazırda əsas işləri elə budur. Nümayişçilər “altıncı respublika istəyirik” deyir. Bunun necə respublika olduğunu dərk etməsələr də, hər-hansı digərini, indiki beçinci respublikadan fərqli birini tələb edirlər.