Fransa Renault və Nissan şirkətlərinin birləşməsini tələb edir
Müzakirə mövzusu bir holding daxilində birləşməkdir, hazırda avtomobil istehsalçıları ittifaq təşkil edirlər. Bundan əlavə, Paris, həbs olunan Carlos Ghosn-un yerinə Nissan idarə heyətinin yeni rəhbərliyini təyin etmək istəyir

Renault & Nissan
Fransız hökumət nümayəndə heyəti Tokioda olarkən yaponlara fransız avtomobil konsorsiyası olan Renault ilə yaponiyalı Nissan-ı vahid holding şirkətində birləşdirməyə çalışacağını açıqladı. Bu barədə Yaponiyanın Nikkei qəzetində xəbər verir.
Dərc edilən məlumata əsasən, nümayəndə heyəti Yaponiyanı bu həftə ziyarət etmişdir, o cümlədən onun tərkibinə Dövlət iştirakçılığı agentliyinin rəhbəri Martin Vial da daxil edilib (agentlik dövlət şirkətlərinin fəaliyyətini izləyir, qanunvericilik və maliyyə etikası sahəsində pozuntuları müəyyənləşdirir). Maliyyə hüquqpozmalarında təqsirləndirilən və hazırda həbsdə olan Renault başçısı Carlos Ghosn-un olmadığı müddətdə iki tərəfdaş arasındakı gərginlik fonunda, Paris birləşmək üçün təzyiqlərə yenidən başlayıb. Qəzetdə verilən məlumata əsasən Nissan, Renault-nun səhmdarı olan Fransa hökumətinin, birləşmiş holding şirkətinin siyasətinə təsir göstərə biləcəyindən ehtiyyatlanaraq birləşmə mövzusunda müxalif mövqedədir.
Fransa həmçinin Carlos Ghosn-un əvəzinə idarə heyətinin yeni sədrini təyin etmək niyyətini açıqladı. Gözlənildiyi kimi yaxın gələcəkdə Renault şirkətinə yeni başçı təyin ediləcək, o isə Yapon tərəfi ilə danışıqlarda sərt mövqe tuta bilər. Şirkət tərəfindən birləşmə ideyasının dəstəkləndiyi bildirilir. Fransa hakimiyyəti Renault-dan yaxın günlərdə idarə heyətinin toplantısının keçirilməsini xahiş etdi, bu barədə Reuters xəbər verir. Fransa İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mayr, Le Journal Du Dimanche qəzeti üçün müsahibəsində, Michelin Group-un başçısı olan Jan-Dominique Senart-ın şirkət üçün yaxşı bir seçim olacağı haqda mövqeini bildirmişdir.
İndi iki şirkət ittifaq təşkil edir, Renault Nissan-ın 43%-nə, o biri isə Renault-nun 15%-na nəzarət edir.
2018-ci ilin dekabrında sabiq Nissan top meneceri Carlos Ghosn maliyyə qanunvericiliyinin tələblərini pozmaqda günahlandırıldı. Əvvəlcə gəlirlərin gizlədilməsi ilə bağlı iddialar, sonra isə Ghosn-un 16 mln dollarlıq şəxsi zərərinin Nissanın üzərinə keçirilməsi haqda itthamlar. Yanvarın 11-də Tokio şəhər prokurorluğu şirkətə maliyyə məsələləri ilə bağlı yeni ittihamlar irəli sürdü. İttihama əsasən o 2015-ci ildən 2017-ci ilə dək aralıqda Nissanı zərərə salmış və gəlirləri aşağı salmışdır. 18 yanvarda Nissan, Ghosn-un qeyri-qanuni surətdə şirkətdən 7,8 mln. avro aldığını etiraf etmişdir.