Fransızların dörddə üçü Makron hökümətindən narazıdır
Cümə axşamı keçirilən sorğuda fransızların dörddə üçü prezident Emmanuel Makron (Emmanuel Macron) və onun ölkəni idarə etmə üsulundan narazı olduğunu deyib.

Fransa prezidenti Emanuel Makron
Son iki ayda “sarı jiletlilərin” küçə nümayişi Makronun prezidentliyini sarsıtdı. Makron nümayişçilərin qəzəbinin qarşısını almaq üçün planlaşdırılmış yanacaq vergisinin artırılması da daxil olmaqla siyası güzəştlərə məcbur oldu.
Makron 20 aylıq vəzifəsinin ən çətin problemləri ilə üz-üzə gələrkən, işsizlik müavinətləri və dövlət qulluğunun yenidən qurulması üçün digər islahat vədləri də verdi.
Odoxa və Dentsu Konsaltinq tərəfindən Fransinfo və Figaro qəzeti üçün sorğu olunan insanların yalniz 25%-i Makron 2017-ci ildə hakimiyyətə gəldikdən sonra Fransa hökümətinin tədbir və fəaliyyətindən razı qaldığını deyiblər.
2018-ci ilin aprelində aparılan sorğuda 59% hökümətdən narazi idisə, yanvar ayının ilk günlərində isə sorğuda iştirak edənlərin 75%-i hökümətdən narazı olduğunu deyib.
Prezident bəzi etirazçıların tələblərini qarşılamaq təklifini irəli sürdükdən sonra Paris və digər böyük şəhərlərdə dağıntılara səbəb olan “sarı jiletlilər”in nümayişinə dəstək əvvəlki sorğuya nisbətən bir qədər azaldı.
Sorğuda iştirak edənlərin 55 faizi etirazların davam etməsinin lazım olduğunu qeyd etmişdir.