Frozen 2 dünya üzrə 1 milyard dollar gəlir əldə etdi
Walt Disney-in animasiyası Frozen 2, həftə sonu etibarilə dünyada 1 milyard dollar gəlir əldə etdi. Filmin birinci seriyası olan Frozen 2, dünyada 1 milyard 276 milyon dollar gəlir əldə etmişdi.

Frozen 2
Walt Disney animasiyası Frozen 2, həftə sonu məlumatları ilə, dünyada 1 milyard dollardan çox gəlir əldə etdi. Filmin ABŞ-dakı həftə sonu gəlirləri 19.2 milyon dollar, xaricdəki ümumi gəlir 55,7 milyon dollar oldu.
Beləliklə, filmin ABŞ-dakı ümumi gəliri artaraq 366,5 milyon dollar, beynəlxalq gəliri isə 666 milyon dollar oldu. Frozen 2-nin cəmi gəliri 1 milyard 32 milyon dollardı.
Frozen 2 bu günə qədər net olaraq 67 milyon dollar xalis gəlir əldə etdisədə, ilk seriya 2014-cü ildə 247 milyon dollar ümumi xalis gəlir əldə etmişdi. Ancaq Frozen 2, hələ ilk seriyasını keçməməsinə baxmayaraq, ümumi gəlirin ən uğurlu cizgi serialı olaraq görünür.