Gələcəkdə təəccübləndirəcək 5 peşə
Kosmik stüardessa, rəqəmsal detektiv, zibil mühəndisi və daha çox! Bütün bu peşələr qulağa maraqlı gəlir? Ancaq görünür, yaxın gələcəkdə bu peşələr haqqında daha çox eşitməyə başlayacağıq.

Texnoloji inkişafların çox sürətlə getdiyi və yeniliklərdən birini kəşf edərkən digərinə də uyğunlaşmağa çalışdığımız bu çağda gün olmur ki təəccüblənməyək. Həyatı asanlaşdıran və gündəlik həyatı formalaşdıran hadisələr karyera seçimlərini də dəyişəcək kimi görsənir.
Rəqəmsal dünyanın iş həyatını dəyişdirdiyini, bu vəziyyətin gələcəkdə yeni və fərqli peşələr yaradacağını deyirlər. Dəyişən dövr həmişəki kimi yeniliklər gətirməyə davam etdikcə, bu peşə qruplarının vəzifə təlimatları nə olacaq.
Rəqəmsal Detektiv
Rəqəmsal bir dövrdə yaşayırıq və bunun bəzi mənfi cəhətləri var. Demək olar ki, bütün şəxsi məlumatlarımızı qeyd etdiyimiz rəqəmsal platformalar bir çox təhlükə gətirir. Korporativ tərəfdən, işlər daha da ciddidir. Kiber hücumuna məruz qalmamaq üçün rəqəmsal detektivlərlə işləmək şərt olacaq kimi görünür.
Tibbi məsləhətçilər
Tibb dünyası robotların gələcək əməliyyatlara daxil olmasına hazırlaşarkən, Tibb sahəsində robotların istifadəsinin təbii bir nəticəsi olaraq, robotların saxlanması və xəstə işlərinə cavabdeh olacaq tibbi məsləhətçilər çıxacaq.
Kosmos hostesi
Marsa səyahət artıq xəyal olmağdan çıxıb hala gəldiyində kosmik pilotlara, hostes, stüartdessalara da ehtiyac duyacıq. Buna görə bu sahədə böyüyən işçi qüvvəsi üçün xüsusi bir məşğulluq sahəsi tələb olunacaq.
Zibil Mühəndisi
Artan əhali ilə paralel olaraq yaranan tullantılar problemi, gələcəkdə öhdəsindən gələ bilməyəcək bir nöqtəyə gələ bilər. Buna görə bu tullantıların ən dəqiq şəkildə təkrar emalı lazımdır. Şüurlu əməliyyatlar üçün bu sahədə ixtisaslaşmış insanlara ehtiyac var. Artıq xaricdəki bəzi universitetlərdə bu sahədə təlimlərə başlanılıb.
Alternativ Enerji Məsləhətçisi
Tədricən davamlı enerji mənbələrinə keçməyin əhəmiyyəti bu gün başa düşülsə də, istifadəsi hələ ümumiləşdirilməmişdir. Ətraf mühitə ziyan vurması nəticəsində təbii tarazlığın sürətlə pozulması, ülək, günəş və dalğa kimi təbii mənbələrdən alternativ enerji istehsalının əhəmiyyətini artırır.