Global Game Jam Azerbaijan 2021
27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Tədbir Game Tech Azerbaijan – ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, Next Step İnnovasiya mərkəzi, Kreativ Azərbaycan və Mad Rooster şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.
Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, Ui/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları GGJ Azerbaijan -a dəvətlidirlər! Tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər. Qeydiyyat üçün aşağıdakı link-dən istifadə etməyi unutmayın.