Global Game Jam Next Azərbaycan
Global Game Jam Next dünyanın hər yerində, adətən fiziki yerlərdə baş verən ancaq bu il pandemiyayla bağlı olaraq onlayn rejimdə keçiriləcək oyun quruculuğu üzrə təlim və yarış proqramıdır. Tədbir mahiyyətcə oyun inkişafına yönəlmiş hakatondur. GGJ Next – in əsas məqsədi yeniyetmələrin bir araya gələrək yaradıcı olacağı, təcrübə mübadiləsi edə biləcəyi və video oyunlardan istifadə edərək özlərini ən yaxşı şəkildə ifadə edə biləcəklərinə imkan yaratmaqdır.

GGJ Next nədir? GGJ Next, Global Game Jam tərəfindən video oyunların yaradılmasını öyrənməkdə maraqlı olan gənclərə (12-17 yaş) dəstək olmaq üçün həyata keçirilən tədbirdir.
Tədbirin qlobal sponsorları Microsoft, Facebook, Sony İnteractive Entertainment, Unreal Engine, yerli təşkilatçıları isə SUP VC, İnnoland akselerasiya və inkubasiya mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Tech academy-dir. Tədbir ilk dəfə olaraq Azərbaycanda keçirilir.
Ümumilikdə 2 həftə davam edəcək tədbirin əsas məqsədi ilk həftədə gənclərin oyun quruculuğu bacarıqlarını inkişaf etdirməkdir. Növbəti həftədə isə iştirakçılar təlimlərdə əldə etdikləri biliklərdən istifadə edərək video oyunlar yaradacaqlar.
Hal-hazırda tədbirdə iştirak üçün müraciət edənlərin sayı ümumilikdə 100-dən çoxdur.
Tədbirə qeydiyyat davam edir. Buradan qeydiyyatdan keçə bilrsiniz: https://bit.ly/2D4ZApp