Google Fitbit-i almaq istəyir
Google’un ana şirkəti olan Alphabet yayılan bir məlumata görə Fitbit-i almağı təklif etdi. Satınalma təklifi xəbərləri yayıldıqdan sonra hər iki şirkətin birjada dəyəri artdı.
itbit geyilə bilən texnologiyaları ilə dünyada məşhurlaşdı. Reuters-dən verilən xəbərə görə, Google dünyanın məşhur geyilə bilən texnologiya şirkətini almaq istəyir. Google bu yaxınlarda Fitbit-i almaq üçün şirkətət təklif verib.

Google-Fitbit
Google, Wear OS əməliyyat sistemini geyilə bilən texnologiyalar üçün inkişaf elətdirdi. Google-un Wear OS bir çox ağıllı saatlar tərəfindən istifadə olunur. Ancaq Google indiyə qədər ağıllı saat bazarına fiziki bir məhsulla girməmişdi. Göründüyü kimi, şirkət Fitbiti almaqla onu dəyişdirmək istəyir.
Google-un Alphabet yolu ilə Fitbit-i satın alma təklifinə aid hər iki tərəf izahat vermədi. Google və Fitbitdən cavab gəlməməsinə baxmayaraq , Alphabetin səhmləri 2 faiz, Fitbitin səhmləri 27 faiz artdı. Google-un Fitbiti satın almağı təklif etməsindən başqa heç bir məlumat yoxdur.
Alphabetin Fitbiti əldə etdikdən sonra hər iki şirkət bu müqavilədən faydalanacaq. Fitbit bu satınalma prosesindən sonra rəqibləri ilə rəqabət edə biləcək bir büdcəyə sahib ola bilər. Google-da Fitbiti satın alaraq, Wear OS-u üzərində daşıyacaq geyinə bilən texnologiyalar şöbəsinə sahib olacaq.