Google Fotolar tətbiqinə mesajlaşma xüsusiyyəti gəldi
Google tərəfindən paylaşılan məlumata görə, Google Fotolar tətbiqi mesajlaşma xüsusiyyəti gəldi. Bu xüsusiyyət sayəsində istifadəçilər başqa bir tətbiqə ehtiyac olmadan Google Fotolar tətbiqində yer alan şəkillərini istədikləri istifadəçilərlə asanlıqla paylaşa bilərlər.

Mesajlaşma xüsusiyyəti ilə tətbiqin paylaşma imkanlarını artırmağı hədəfləyən Google, istifadəçilərin tez və asanlıqla foto və video paylaşmalarına imkan yaradacaq. Əlavə edək ki, bu xüsusiyyəti çox asanlıqla istifadə edə bilərsiniz.
Mesajlaşma xüsusiyyətindən istifadə etmək üçün əvvəlcə göndərdiyiniz foto və ya videoları seçməlisiniz. Sonra paylaşma düyməsini basmalısınız. Bu düyməni basdığınız zaman “Google Fotoşəkillərə Göndər” seçimini və ən çox əlaqə saxladığınız kontaktları görəcəksiniz. Bu xüsusiyyət qruplar əlavə etməyə imkan verir.
Bir sözlə, fotoşəkili birdən çox insana göndərmək istəyirsinizsə, bir qrup quraraq bunu çox asanlıqla edə bilərsiniz. Onu da əlavə edək ki, bu gün mövcud olan xüsusiyyət tezliklə bütün Google Foto istifadəçilərinə təqdim olunacaq. Sonda bildirək ki, “Google Fotolardakı göndər” funksiyası həm veb, həm iOS, həm də Android versiyalarında mövcuddur.