Google Los Ancelesdə yeni nəhəng kampus tikməyi planlaşdırır
Google Nyu-Yorkda 1 milyard dollarlıq investisiyasının ardınca Los Ancelesdə 584.000 kvadrat metrlik yeni kampus tikməyi planlaşdırır.

Sundar Pichai – Google rəhbəri
Google Qərbi Los Ancelesdə indi ticarət mərkəzi olan sahəni kirayəyə götürüb, bunu şirkət çərşənbə axşamı açıqladı. Kampusun tikintisi 2022-ci ildə başa çatacaq. Bu ötən ay Nyu-york şəhərində yeni kampus üçün 1 milyard dollar sərmayə qoyan Google-un son ofis genişlətməsidir.
Google-un, Los-Ancelesdə genişləndiyini şirkət çərşənbə axşamı açıqladı. Mətbuatın açıqlamasına görə, şirkət Qərbi Los-Ancelesdə ticarət mərkəzi olan sahəni kirayə götürərək, 584 min kvadrat metrlik yeri ofis kampusuna çevirəcək.
Apple və Amazon da texnologiya mərkəzləri olan Silikon vadisi və Seattle-dan kənarda genişlənirlər. Amazon qərargahını iki əraziyə böldü: Nyu-york və Şimali Virginiya. Apple isə Austində yeni kampusunu elan etdi.
Google mətbuat açıqlamasında “Westside Pavilion”dakı sahəsini də ilin sonlarında genişləndirməyə başlayacağını açıqladı. Google-un təxminən 14 illik kirayə sövdələşməsi 2022-ci ildə tikinti bitdikdən sonra başlayacaq.
Google mətbuat açıqlamasında Memarlıq firması Gensler-in ərazini dizayn edəcəyini dedi. 45min kvadrat metrlik ərazi “geniş terraslar və verandalar”dan ibarət olacaq. Qatlanan şüşələr vasitəsilə məkanı qapalı məkandan açıq havaya çevirmək mümkun olacaq. Göyərtəsində bağ terrası da nəzərdə tutulub. Google-un açıqlamasına görə Layihə LEED Silver sertifikatını hədəf alır.
Google layihənin bütün ofis hissəsini götürəcək, bunu isə the Wall Street jurnalı açıqladı. Eyni zamanda əmlak sahibi Hudson Pacific Properties and Macerich öncəki kimi körpü ilə ofis sahəsinə bağlı ticarət mərkəzinə özü idarə edəcək.
Google sərmayəsi və yeni kampusdəa işləyəcək işçilərin sayı ilə bağlı əlavə məlumat verməyib.