Google şirkəti 11 milyon dollar təzminat ödəyəcək
Google şirkəti yaşlarına görə işə götürülmədikləri səbəbilə əməkdaşlar tərəfindən qaldırılmış məhkəmə iddiasının nizamlanması üçün 11 milyon dollar vəsaitində təzminatın ödənilməsini qəbul edib. Bu barədə Təzminatı yaşı 40-dan başlayan 227 nəfər insan əldə edəcək. Bu isə hər bir şəxs üçün 35.000$ deməkdir.

Google şirkəti
Yerdə qalan 2.75 milon dolları isə zərər çəkmişlərin hüquqşünasları əldə edəcəklər. Google öz əməkdaşları arasında yaş məsələsi ətrafında treninqlərin keçiriləcəyinə söz verib. Həmçinin şirkət daxilində xüsusi komitet yaradılacaq və həmin komitet insanların işə götürülən zaman yaş baxımından yaranan suallar ilə məşğul olacaq.
Qeyd etmək lazımdır ki, bu məsələdə şirkəti ilk məhkəməyə vermiş şəxs Cheryl Fillekes adlı qadın olub. O, yaş göstəricisi üzrə sistematik diskriminasiyada Google şirkətini günahlandırıb. Google isə bu iddiaları təkzib edib və bildirib ki, Cheryl ilə yanaşı iddiham qaldırmış digər şəxslərin də texniki bacarıqları onların istədikləri vəzifələrə uyğun gəlmir. Buna baxmayaraq Google təzminatın ödənilməsinə razılıq verib.