Google yeni kampus üçün 1 milyard dollar xərcləyəcək
Google Nyu Yorkda mövcud olan kampusuna 1 milyard dollar xərcləyəcəyini bazar ertəsi günü elan etdi.

Google Nyu-York Campus
Google-un mövcud kampusu Nyu Yorkun qərbində Hudson çayının yaxınlığında yerləşir. Google düşünür ki, daha 7 min işçini əlavə edərək yeni kampusunu “Qlobal Biznes Təşkilatı”na çevirmək mümkün olacaq.
Texnologiya nəhəngi Google bunu bazar ertəsi günü öz bloqunda açıqlayıb.
“Google, Manhattan-ın West Village yaxınlığındakı “Google Hudson Meydanı” adlanan kampusunu yenidən tikmək üçün 1 milyard dollard xərcləyəcək”- bunu isə Google-un baş maliyyə müdiri Ruth Porat öz postunda açıqlayıb.
Google yeni kampusunun ərazisini böyüdərək, yeni şirkət və ofisləri də əlavə edərək 2022-ci ilə kimi tikintini bitirməyi planlaşdırır.