Gözünüzü qorumaq üçün 10 məsləhət
Kompyuterdə işləmək, eləcə də filmə və ya videoya baxmaq, elektron kitab oxumaq gözü yorur. Gözü qorumaq üçün nə etmək lazımdır?

Sağlam gözlər
Müasir insanların həyatı kompyuter və müxtəlif cihazlardan istifadə etmədən keçmir. Onlar elektronika arxasında çox vaxt keçirirlər. Kompyuter axrasında çox iş görürlər, smartfonlar gənclərin əlindən düşmür. Hətta boş vaxtlarını belə televizora baxır və ya planşet işlədirlər. Hər hansı bir iş, eləcə də filmə və ya videoya baxmaq, elektron kitab oxumaq gözü yorur. Gözü qorumaq üçün nə etmək lazımdır?
Gözünüzü qorumaq üçün bu məsləhətlərə əməl edin
- Smartfonunuzu hərəkətdə ikən (avtobus, maşın) və ya qaranlıq otaqda istifadə etməyin. Bu gözünüzdə çox böyük gərginlik yaradır. Yalnız musiqi, audio kitab və s. dinləməyə icazə verilir.
- Gözlər və texnika arasındakı məsafə böyük əhəmiyyət kəsb edir. Məsafə 30 sm-dən az olmamalıdır.
- Cihazın işığını və yazı ölçüsünü düzgün tənzimləyin. Ekranda mətn aydın görünməlidir. Gözlərinizi qamaşdırmayın.
- Qoruyucu səth istifadə edin. Bu sizin smartfonunuzu və ya tabletinizi cızıqlardan qoruyur, həmdə zərərli işıltının qabağını alır.
- Digər vacib amil – bəslənmədir. Ona laqeyd yanaşmaq lazım deyil. Bədəndə bütün vitaminlər daim artmalıdır. Bu xüsusilə vitamin A-ya aiddir, hansıkı balığın, yumurtanın, qara gilənin tərkibində var. Gözlər üçün düzgün qida da çox faydalıdır.
- Cihazları mümkün qədər diqqətlə seçmək lazımdır. Texnika təhlükəsiz olmalıdır, ona görə yalnız etibarlı istehsalçıları seçin. İndi satışda çox sayda mobil telefon var, bunların arasında hətta maksimum qoruma təmin edən aşağı qiymətli cihazları da tapa bilərsiniz.
- Elektron kitablara üstünlük verən insanlar tez-tez kağız kitablardan da istifadə etməlidir.
- Hazırda, yerinə yetirilməsi asan olan bir çox məşq növləri var. Onlar çox vaxt almır, xüsusi vasitələrə ehtiyac qalmır, lakin çox effektivdirlər. Məsələn, belə bir məşq var – gözlərizi müxtəlif istiqamətlərə hərəkət etdirin. Bu məşğələ hamıya tanışdır. O, çox sadədir və təsiri çox yaxşıdır. Gözlərinizin gərginliyi çox qısa müddətdə aradan qalxacaq və asanlıqla işə başlayacaqsınız. İnternetdə bu kimi bir çox üsul tapmaq olar.
- Texnika ilə çox uzun müddət işləmək gözləri qurudur. Bu ona görə baş verirki, biz çox məşqul olduqda gözlərimizi qirpmağı unuturuq.
- Əlbəttə, diqqətinizi şəbəkələrdən uzaqlaşdırmaq çətindir, lakin buna çalışmalısınız. Müasir insanın həyatı elektronika olsa da, ətrafdakı gözəllikləri də görmək lazımdır.
Elektron cihazlar sağlamlığa böyük zərər vursa belə, yuxarıda göstərilən məsləhətlərlə göz sağlamlığınızı uzun müddət saxlamaq imkanınız var.