Günəbaxanın sirri tapıldı
Günəbaxan çiçəyi gün ərzində günəşin mövqeyini izləyir. Lakin bunun necə olduğu dəqiq bilinmirdi. Amerikalı alimlər bunun sirrini tapıblar.

Günəbaxan tarlası
Günəbaxan çiçəyinin gün ərzində günəşin mövqeyini izləməsi insanda yuxu-oyanma ritmi ilə və ümumiyyətlə “daxili saat” la müqayisə edilir.
Kaliforniya Universitetinin son tədqiqatında Haqob Atamian yazır ki, günəbaxanın şərq-qərb hərəkəti də həmən daxili saat-a əsaslanır. Günəş şüalarına və temperaturuna reaksiya verən günəbaxan, digər heliotrop (günəşə baxan) bitkilərdəki kimi “motor”a (pulvinus) sahib deyil. Günəbaxanda hərəkət böyümə ilə əvəzlənir.
Beləliklə, günəbaxanın gövdəsi günün şərq tərəfində daha çox böyüyür və qərb istiqamətində hərəkət edir. Gecə isə qərb tərəfindəki gövdəsi daha çox böyüyür və bitki şərqə doğru hərəkət edir.
Haqob Atamian ilə işləyən komanda böyümə hormonunun işığa həssas iki genini aşkarlayıb. Bu hormonlardan biri daha çox gündüz (gövdəsinin şərq tərəfində), o biri hormon ise gecə (gövdənin qərb tərəfində) ifraz olunmaqdadır. Ona görə də hərəkət bitkinin böyüməsi üçün vacibdir.
Lakin tipik şərq-qərb hərəkəti yalnız gənc günəbaxanlarda görülür. Yetişmiş günəbaxanlar isə daha az hərəkət etməyə başlayır. Toxumlar səbəbi ilə ağırlaşan günəbaxan şərqə tərəf istiqamətlənir.
Günəbaxanın tam vaxtında şərqə tərəf istiqamətlənməsi üçün çiçək daha tez qızdırılır və böcəklər üçün qərbə istiqamətlənmiş bitkilərdən daha cəzbedici olur. Araşdırmalar zamanı arılar və digər həşəratlar üçün temperaturun əhəmiyyətli olduğu aşkarlanıb. Bununla günəbaxan uğurlu artımı da sığortalayır.