Hansı daha yaxşıdır “Samsung Galaxy Note 8” yoxsa “iPhone”lar?
Əlbəttə bu suala birmənalı şəkildə “Samsung” daha yaxşıdır, “iPhone” isə pisdir və ya əksinə cavab vermək olmaz. Adı çəkilən hər bir cihazın özünün müəyyən üstünlük və əlavələri mövcuddur, eyni zamanda istifadəçidən istifadəçiyə də fərq var. “Apple” brendinin cihazlarına öyrəşmiş şəxs çətinliklə “Samsunga” və ya əksinə keçid edə bilər.

İphone və samsung
“Samsung Galaxy Note 8” 2017-ci ildə geniş ictimaiyyətə təqdim edilib. (Onun ardınca “Apple” özünün “iPhone 8”ni satışa buraxıb).
Bu gün biz “Samsung Galaxy Note 8”də mövcud üstünlükləri diqqətinizə çatdıracağıq.
1.Əlavə yaddaş kartı
“Samsung Galaxy Note 8” özünün daxili 64 GB-na əlavə 256 GB-a qədər artırılma imkanı verən, yaddaş kartını dəstəkləyir. Bildiyimiz kimi “iPhone”lar isə yalnız daxili yaddaşa malikdirlər. Müasir dövrümüzdə bunu “Apple”ın ən böyük mənfi cəhətlərindən biri adlandırmaq olar.

Samsung -Əlavə yaddaş kartı
2.Canlı mesaj (Live Message)
“Samsung Galaxy Note 8”də smartfonun funksiyalarını idarə etmək və ya yazı yazmaq üçün quraşdırılmış stilusdan istifadə etmək olar. “Samsung Galaxy Note 8”in belə funksiyalarından biri “Canlı mesaj”dır, yəni siz telefonun ekranın mesajınızı yazırsınız, smartfon onu animasiyalı gifkə çevirir və budur siz hazır mesajınız artıq asanlıqla sosiaş şəbəkələrdə paylaşa bilərsiniz.
3.Gözün (Retina) skan edilməsi
Hal – hazırda bu funksiya yalnız “Samsung”da mövcuddur. Bu “iPone”da olan barmaq izinin skanından və ya məxfi şifrə sistemindən daha sürətli və rahatdır.
4. Simsiz yükləmə
El arasında “zaryadka” adlnan bu funksiya artıq “iPhone”larda da təqdim edilib. Lakin bu sahədə birinci olan “Samsung” idi.
5. “Samsung DeX”
“Samsung DeX” dok-stansiya “Galaxy Note 8”i bir anda stasionar kompüterə çevirmək imkanı verir.Yəni siz sadə kompüter monitoru və ya klaviaturasına qoşula bilərsiniz. Bu zaman “Android” əməliyyat sisteminin kompüter versiyası avtomatik olaraq işə düşür. “iPhone”ları da televizora qoşmaq mümkündür, lakin onun üzərində adi kompüterdə olduğu kimi işləyə bilməyəcəksiniz.
6.Genişləndirilmiş optik sabitləşdirmə
“Note 8”in kamerasındakı hər iki linza optik sabitləşdirməyə (stabilizasiyaya) malikdir. “iPone”da isə bu yalnız bir linzada mövccudur ki, nəticədə smartfonların kameralarının çəkdikləri şəkillər arasında keyfiyyət fərqi yaranır.
7. “Blur” təsiri (effekti)
“iPone”dan fərqli olaraq “Note 8”də siz kamera ilə çəkəcəyiniz şəkli bəribaşdan “blur”laşdıra bilərsiniz.
8. Ekranın 2 hissəyə bölünməsi
Həm Samsung, həm də “iPhone”nun kifayət qədər geniş ekrana malik olmalarına baxmayaraq, yalnız birincisi sizə 2 tətbiqetmədə eyni anda işləmək imkanı verir. “Note 8”də siz ekranı iki müstəqil hissəyə ayıraraq, asanlıqla 2 fərqli proqramlarda işləyə bilərsiniz. “iPone”da isə eyni anda yalnız bir tətbiqetmə ekran açıq (işlək) ola bilər.