Hər səhər daha gözəl oyanmaq üçün nələr etməlisiniz?
İnsanı qısa zaman içində psi eliyən bir neçə səbəb vardır. Bunlardan biri susuzluq, digəri isə yuxusuzluqdur. Yuxusuzluq ilk başda sizi yormur kimi görünə bilər, sonrasında isə nə qədər zəif nöqtəmiz varsa ortaya çıxar. Ən yüngül təsirlərini saymalı olarsaq bunlardır.

Gözəl oyanmaq-yuxusuzluq
- Gözlərimizin altı torbalanır, göyərir, içi qanlanır, göz qapaqları şişər.
- Ağız ətrafındakı xətlər dərinləşir, dodaqlar büzülür.
- Quru dərilər nəmlənmir, yağlı dərilər daha da yağlanır, ləkələr artar.
- Sonra əhvalımız pisləşir, depresiya əlamətləri göstərməyə başlayırıq.
- Yuxusuzluq günlərlə davam edərsə, şəxsiyyətimiz dəyişmiş kimi davranmağa başlayırıq.
- Düşünə bilmirik, əsaslandıra bilmirik. Bir həyat tərzi halına gəlsə, bütün immunitet sistemimiz çökür və vaxtından əvvəl qocalma əlamətləri tək-tək ortaya çıxar.
Gecə yuxusu nə qədər vacibdir?
Gecə yuxusunun yerini heç bir şey tuta bilməz. Bədən saatımız gündüzləri aktiv olmaq, gecələri isə istirahət üçün ayrılmışdır. Gecə beyində melatonin deyilən bir hormon ifraz olar. Bu hormon bədən saatını tənzimləyər. Melatonin gecə 23.00 ilə 03.00 arasında daha çox ifraz olunar. İnsan yaxşı və doyumlu bir yuxu yatmışsa digər hormonlar aktivləşir və səhər yuxudan oyanırkən günümüz dəngəli, huzurlu, aktiv keçər.
Yaxşı bir yuxunun faydaları nələrdir?
- Yuxu beyini təmizləyər, dincəldər, hüceyrə yenlənməsini sağlayar.
- İmmunitet sistemini güçləndirir, Oksidləşməni bərpa edir, zehni gücləndirir
- Yaşam keyfiyyətini yüksəldər.
- Testosteron estrogen və adrenalin kimi bütün vacib hormonların ifraz olunmasına kömək edir.
- Stressin səbəb olduğu həddindən artıq kortizonu zərərsizləşdirir,
- Həyat sevinci verən serotonin hormonunu yaradır.
- Melatonin çox güclü bir antioksidan təsir göstərir.
Normal yuxu yatmırsınızsa, özünüzə kosmetik proseduralar axtarmayın. İlk öncə yuxu problemini həll edin. Gündüz idmanla məşğul olarsanız, gecə daha rahat yatarsınız. Gecədə yüngül yemək yemək, gərginlik filmlərini izləməkdən qaçmaq, müzakirələrdən qaçmaq, yataq otağını havalandırmaq, hər axşam eyni vaxtda yatmaq da çox faydalıdır. Bir çox insan meditasiya və nəfəs üsulları ilə yatmağı bacarır, siz də bunları öyrənə bilərsiniz.
Yaxşı bir yuxu üçün nə etməliyik?
- Yatmadan əvvəl dərinizi mütləq təmizləyin və nəmləndirin, qidalandırıcı gecə kremi çəkin.
- Yatarkən bədəninizin özünü düzəltməsinə kömək etmək üçün gecə bir antioksidan qəbul edə bilərsiniz.
- Rahatsız yatırsınızsa, sağa-sola dönəcəksiniz. Bu, üzünüzdəki yastıq izləri ilə nəticələnir. Bu izlər zamanla qırışlara çevrilə bilər. Ən yaxşısı bel üstündə yatmaqdır.
- Başqa bir üsul, yastığınızı dizlərinizin altına qoymaq və yatmaqdır. Bu, bel və kertək ağrısını yaşayan insanları rahatlaşdırır.