Hindistanın ən müqəddəs şəhəri- Varanasi
Hindistanın ən müqəddəs şəhəri olaraq tanınan Varasi, eyni zamanda dünyanın ən köhnə məskunlaşma yerlərindəndir. Hinduların ibadət şəhəri olaraq bilinən Varanasi, ölü yandırma mərasimlərinə ev sahibliyi edir. Bundan başqa, burada yaşayan Sadhular, Tanrıların nümayəndələri olduqları üçün hindular tərəfindən hörmət görürlər. Onlar xeyir-dua qarşılığında ərzaqla təmin olunurlar.

Varanasi-sadhular
Ölü yandırma deyilincə gözünüzdə nə canlanır? Hindistana gedərkən bunu görmək üçün çoxları həyəcanlanır. Sizə Varanasi haqqında məlumatlar verəcəm. Dehlidən Varanasi şəhərinə gedmək üçün təyyarə ilə 1.5 saat, qatarla isə 12.5 saat çəkir.
Hərkəs Hindistana gedərkən şəhərlər arası səfərləri qatarla edin desə də 12 saatlıq qatar yolu bir qədər uzaqdır. Varanasi şəhərinin digər adı Benaresdir. Hindistanın ən müqəddəş şəəhəri.
Ölkənin dört tərəfindən gələn hinduların həcc ziyarəti etdikləri yer. Şəhərin içindən ölülərin yandırıldığı və küllərinin atıldığı müqəddəs Qanq çayı keçir. Təxminən 4 min illik tarixi ilə dünyanın ən qədim məskunlaşma yerlərindəndir.

Qanq çayı sahilindən görüntü
Şəhərin qoruyucu və eyni zamanda yox edici Tanrısı olan Şiva Vişvanat şəhəri olan Varanasi Hinduizmdə ən müqəddəs şəhərlərdəndir.
Şəhərə gedər gedməz dəyişik bir hava sizi qarşılayır. Onsuzda şəhərə catmamış buranın qəribə havasını hiss edirsiniz. İnəklər küçələrdə istəyi kimi gəzirlər. Heç kimin onlara müdaxilə eləmək haqqı yoxdur.
Hindistanda inəklər müqəddəs sayıldığı üçün Hindular inəklərə ibadət edirlər. Bunun səbəbi isə heyvanı çox sevmələridir. Əslində sadəcə inəklərə deyil, bütün canlılara qarşı sevgi və hörmər bəsləyirlər.

Varanasi şəhəri küçədə gəzən inək
Hindistana getdikdə fərq edəcəksiniz ki, bu insanların sevmədiyi şey yoxdur. O qədər sevgi dolular ki, izah eləmək mümkün deyil. İnəklərin müqəddəs sayılmasının digər səbəbi isə,inəklərin bütün kaitanın anası olan Tanrıçanın simvolu olması və insanlığa olan faydalarıdır. Hətta o qədər ki bi inəyi öldürmək Tanrını öldürmək sayılır. Hindistana gedərkən yaxşısı inəklərə yaxınlaşmayın.

Varanasidə mağazada inək
Ağcaqanadlar şəhəri bürüyüb. Onlardan ən çox şikayətçi olan isə yenə də inəklərdir. Bu səbəblə küçədəki maşınların yanında duraraq özlərini bir növ qorumağa çalışırlar. Hindistana gedərkən özünüzlə ağcaqanad dərmanlarını mütləq götürün. Xüsusilə də ölü yandırma mərasimlərində
Bu şəhər müqəddəs sayıldığı üçün Qanq çayında 24 saat boyu ölülər yandırılır. Amma turistlər ən çox səhər günəş doğarkən xüsusi qayıqlarla aparılır. Məqsəd həm günəşin doğmasını izləmək, həm də ölülərin yanmasına baxmaq. Ghat çayın kənarında olan pillələrin adıdır. Hindular günahlardan təmizlənmək üçün bu “Ghat”larda hən çimirlər, həm də ölüllərini yuyurlar. Ölən və külləri çaya atılan insanalrın ruhlarının azadlığa qovuşduğuna inanırlar. Bir çox Hindu ölmədən əvvəl Varanasiyə gəlib burada gözləyir. Dünyavi hər şəyi undurlar. Sadəcə qarınlarını doyuzdurmaq və yanacaqları zaman lazım olacaq odunu almaq üçün dilənirlər.
Bir də Sadhular deyilən din adamları var
Sadular ya da Sadhular, Hindistan və Nepalda olan etnik və dini qrupdur. Tanrıların nümayəndələri olduqları üçün Hindular tərəfindən hörmət olunurlar. İnsanlardan dini tədbirlər və dualar qarşılığında yemək alırlar. Sadhular “səssiz olanlar” və ya “uzun saçlılar” olaraq adlanırlar. Qədim zamanlarda sadhuizm dini yaşamın ən yüksək həddi olaraq görülmüşdür. Bir şəhərin Sadhu tərəfindən qorunduğuna hələ də inanılmaqdadır.

sadhular
Əvvəllər yalnız Brahmanların Sadhu olmasına icazə verilirdi, artıq hər kast üzvü Sadhu olabilir. Sadhular, saflıq və yoxsulluq sözü verirlər. Heç bir pulu qəbul eləməz və ümumiyyətlə evlənməzlər. Möhtac olanlara dini xidmət göstərirlər. Sadhuların çoxu kişidir. Az sayda qadın sadhulara isə “sadhin” deyilir.
Ən mühafizəkar sadhular “Nagalar”dır. Naqalar paltar geyinməzlər. Sadhular sol əllərini havaya qaldırmaq, bir ayağında qalxmaq və ya kaktus yatağında illərcə uzanmaq kimi hərəkətlər edirlər. Pulları və yeyəcəkləri toplamaq üçün digər insanlar onlara bir torba verirlər.

Sadhu
Bir sadhunun günlük rutini fiziksəl olaraq bədəni təmizləmək və zehni yüksəltmək, müqəddəs ayətləri oxumaq, Allaha çatmaq məqsədilə edilən namazdan ibarətdir. Ayrıca bir çox sadhu ailəsindən ayrı yaşayır.