Hollandiyanın külək dəyirmanı kəndi
Hollandiya deyərkən ağlına dəyirman gəlməyən var? Açarlara bəzək olan dəyirmanları görə biləcəyiniz ən məşhur yerlərdən biri olan Zaanse Schans kəndidir.

Yolunuz Amsterdamdan düşərsə mərkəzdən kənar yerləri gəzmək çətin deyil. Asanlıqla hər hansı bir yerə çatdıra biləcək bir sistem yaradılmışdır. Zannse Schans’a gəlmək üçün bir neçə nəqliyyat alternativi var.
Amsterdam Centraal Station’dan 391 nömrəli avtobsu ilə Zaandam daynacağında düşərək əraziyə 42 dəqiqədə çatmaq olar.
Amsterdan Centraaldan Qatar ilə Zandijik Zaanse Schans dayanacağına çata bilərsiniz. Sonra təxmini 17 dəqiqə (1,4 km) gəzməyiniz lazımdır.
Nə vaxt gedmək olar?
Bölgə olduqca küləklidir. Buna görə Hollandiya ümumiyyətlə çox soyuq olduğunu nəzərə alaraq, payız və qış ayları təəssüf ki, bu bölgəni ziyarət etmək üçün uyğun deyil. Yaz və yay aylarında gedərkən üşüyəbiləcəyiniz üçün mütləq yanınınzda ehtiyata paltar götürün.
Külək dəyirmanları haqqında
Zaan ərazisini 1920-ci ildə dünyanın ən qədim sənaye ərazisinə çevirən 1000 ədəd külək dəyirmanından təəssüf ki 20 ədədi qalıb. Zərər görən dəyirmanları təmir etmək məqsədilə qurulan birlik 13 sənaye dəyirmanını təmir edərək bugünə kimi qalmışdır. Müxtəlif sahələrdə olan dəyirmanlar Zaanse Schans bölgəsinə dəniz, quru və dəmir yolu ilə köçürülüb.

Zaanse Schans-dan bir görüntü
Zaanse Schans haqqında
Zaanse Schans ən qədimi 1600-ci illərdən bugünə qədər qalan təxmini 10 dəyirmanı görə biləcəyiniz, bəzilərinin içini gəzib, işləyişi haqqında məlumat alacağınız bir ərazidir. Burada Hollandiyaya məxsus taxta memarı tərzdə inşa edilmiş evləri də görə biləcəyiniz ərazi də mövcuddur. Bu evlər 1961-ci ildən bu yana bura tək-tək yerləşdirilmişdir. Yuxu kimi bir məhəllə görüntüsü var. Evlərə baxdıqca “Burada yaşamaq necə bir duyğudur?” deyə düşünməmək mümkün deyildir. Burada nələr var desəniz?- Muzey, Əl işləri dükanları, gəzinti və velosipet yolları, hədiyyəlik əşya dükanları
Zaanse Schans-a gedərkən ediləcəklər
Mütləq bir dəyirmanın içini gəzin. Bu bölgədə 10 ədəd böyük, iki ədəd isə kiçik dəyirman var. Bəzilərində ədviyyat, boya, kakao işlənir. Bəziləri isə istehsal sahələri kimi istifadə olunur. İçəridə bir çox dəyirmanı ziyarət edə bilərsiniz. Giriş haqqı demək olar ki hamısında 5 evrodur. Dəyirmanların giriş hissəsində dəyirmanın işləməsi və mexanizması haqqında video izləyirsiniz. Sonra dəyirmanın içii gəzirsiniz. Bu bölgədəki dəyirmanlar yalnız turizm məqsədləri üçün deyil, burada işlənilən məhsullar bazarda satılır.
İsti şokolad içməyi unutmayın
Bura olduqca küləklidir. Hava necə yaxşı olursa olsun, bir müddət sonra üşüyürsünüz. Həmən an ən yaxşı halda isti şokaladdır. Satıldığı yeri təsvir etmək lazım deyil, yalnız qoxunu izləyin. Isti şokoladın kakaosunu özünüz qarışdırın, təzə sağılmış südü isə onlar əlavə eləsinlər.
Əl işləri və hədiyyəlik əşya dükanlarından yan ötməyin
İsti şokolad arası sonra əl sənətləri və hədiyyəlik əşya dükanlarını gəzə bilərsiniz. Ayrıca burada Hollandiyanın məşhur taxta ayaqqabılarının düzəldildiyi əl sənətləri dükanı var.
Zaanse Schans taxta evlərini görmədən keçməyin
Özününü nağılda hiss edəcəyiniz daha başqa bir ərazi. Şəkil çəkdirməyə doymayacaqsınız. Buradakı evlər tipik Hollandiya taxta memarı tərzində inşa edilmişdir və 1861-ci ildən qoruma məqsədli bura tək-tək köçürülüb. İllər əvvəl bu evlərin olduğu ərazi bataqlıq və çayırlıq idi. Nəhayət, bu sahəni bir az daha çox tanımaq istəyirsinizsə, Zannse Schans muzeyini ziyarət edə bilərsiniz.

Zaanse-Schans- taxta evlər