Huawei-nin illik satışı 100 milyard dolları ötüb
Çinin telekommunikasiya avadanlığının təchizatı ilə yanaşı, smartfonlar və digərelektronika təchizatında ixtisaslaşan Çin nəhəngi Huawei, əhəmiyyətli maliyyə maneəsini aşdığını açıqladı.

Huawei
Şirkətin xalis mənfəəti illik 25,1 faiz artımla 8,9 milyard dollara çatıb. Şirkət 2018-ci ilin maliyyə nəticələri hesabatını dərc edib.
Hesabata görə, şirkət 2018-ci ildə əhəmiyyətli bir inkişaf qeyd edib. Satış gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 19,5 faiz artaraq 107,5 milyard dollar səviyyəsinə çatan Huawei-nin xalis mənfəəti isə illik 25,1 faiz artımla 8,9 milyard dollara yüksəlib.
O, 2018-ci ildə Ar-Ge-yə (araşdırmaya) 15,8 milyard dollar (satış gəlirinin 14,1%-i nisbətində) investisiya edib.
Son 10 ildə, şirkət Ar-Ge xərcləri 67 milyard dollardan çox olub. Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən nəşr olunan rəsmi məlumatlara görə, şirkət 2018-ci ildə 5 min 405 patent ərizəsi ilə müraciət edib. Huawei dünya üzrə ən çox patent ərizəsilə müraciət edən şirkət olub.