Huawei P40 seriyasının ilk görüntüsü ortaya çıxdı
Huawei-in yaxınlaşmaqda olan P40 seriyası ilə bağlı yeni xəbərt paylaşıldı. Telefona aid olduğu iddia edilən şəkil, ilk dəfə paylaşıldı. Şəkil cihazın qövslü ekranını və kamera lövhəsini aydın göstərir.

Çin texnologiya nəhəngi Huawei, 2019-cu ildə həm smartfon modelləri, həm ABŞ hökumətinin ticarət qadağası, həm də öz əməliyyat sistemi HarmonyOS ilə çox müzakirə edildi. Huawei-nin ən çox danışılan telefonlarından biri də P30 seriyası idi. İndi isə P30 seriyasının davamçısı olacaq Huawei P40 seriyasının görüntüsü ortaya çıxdı.
Huawei P40 seriyası haqqında hələ bilinməyən bir çox məlumat var. Əslində bu seriyanın mart ayında elan ediləcəyi gözlənilirdi. Ancaq son iddialar, Huawei P40 seriyasının yanvar ayında CES 2020 və ya Fevralda MWC 2020 tədbirlərdə elan edilə biləcəyini göstərdi
Huawei P40 seriyası üçün ortaya çıxan görüntü
Huawei P40 seriyasındakı paylaşılan görüntü telefonun əyri ekrana sahib olacağını açıq şəkildə göstərir. Bundan əlavə, kamera quraşdırılması, P30-un quruluşunu xatırladır. Huawei P40-da dörd kameralı bir quruluşa sahib olacağı gözlənilir.
Huawei P40 seriyasının Kirin 990 prosessorundan güc alacağı gözlənilir. Ayrıca bu telefonun 6.57 inç ölçüsündə AMOLED displeyə sahib olacağı, HDR dəstəyi sahib olacağı da deyilir.