İmmun sistemini gücləndirən 4 vitamin
Vitamin və faydalı əlavələr qəbul etmək orqanizmin sağlamlaşdırılmasının düzgün yoludur. Biz həkim – endokrinoloqdan xahiş etdik ki vitaminlər əlavələr haqqinda bizə əhatəli məlumat versin: hansıları payızda qidalarımıza əlavə etmək əsəblərin sakit olmağı ve cildin cavan qalması ücün xeyirlidir.

Zəyif immun sistemi
Vitamin D – Sümüklər, immunitet və sakitlik üçün
Vitamin D – yağda həll olan vitamindir, daha dəqiq desək prohormondur. Bədəndə bir neçə dəyişikliklər keçirir, fəal steroid hormonu olur və sümük quruluşunun formalaşmasına, immun sisteminin moduluna, sinir sisteminin inkişafına, damar tonusunun tənzimlənməsinə və qan təzyiqinin formalaşmasına təsir göstərir. Bədəndə D vitamininin kifayət qədər olması autoimmun xəstəliklərin inkişaf riskini azaldır. Bu vitamin qəbulunun məqsədəuyğunluğunu qiymətləndirmək üçün bədəninizdə onun səviyyəsini müəyyənləşdirməlisiniz. Bunun üçün qan analizi verilir.
Son illər D vitamini üçün verilən analizlərdə həkimlər daha çox bu vitaminin catışmamazliğı ilə üzləşirlər. Müayinə zamanı vitamin səviyyəsi az cıxarsa bir aydan iki aya qədər yüksək dozalarda vitamin D təyin edilir. D vitamininin çatışmamazlığını müalicə etmək üçün istifadə edilən dərmanlar təbii və aktiv formalara bölünür. Sonuncusu hormonal dərmanlardır, onların qəbulu həkim nəzarəti altında aparılmalıdır.
Omeqa – Depressiya və dəri qurumasına qarşı
Omeqa – yağ turşusu deyil. Daimi omeqa 3 qəbul edənlər depressiyaya daha az meylli olurlar. Depressiya və narahatlığı olan insanlar omeqa 3 qəbul edərkən vəziyyətləri yaxşılaşır. Yuxunun müddəti uzanır və keyfiyyəti artır. Omeqa 3 turşuları iltihabla əlaqəli maddələrin istehsalını azalda bilir. Artrit xəstələri omeqa 3 qəbul etdikdə səhərlər ağrı və şişkinliklər azalır, ağrıkəsici və iltihaba qarşı dərmanlara olan ehtiyac aradan qalxır. Omeqa 3 qəbulu dərinin nəmliyini və elastikliyini qoruyur, səpkilərin qarşisini alır.
Maqnezium – Yuxusuzluq və stressə qarşı
Hər hansı stress, həm psixoloji, həm də fiziki maqneziumun hüceyrə boşluğuna keçməsi və sidiklə atılmasına gətirir. Maqnezium çatışmazlığı stressə qarşı həssaslığı artırır. Stress qan tezyiqinin artmasına səbəb olur, insult, aritmiya və ani ölüm riskini artırır. Maqnezium preparatlarını qəbul etdikdə artıq ikinci həftədə psixo-vegetativ sindiromun azalması, əhval-ruhiyyənin artmasi, aktivlik və səmərəliliyin artması ilə müşayiət olunur. Maqneziumun səviyyəsi qanda uzun müddət qalır.
Maqnezium duzlarının qəbulu premenstrual sindiromun şiddətini azalda bilir və hamilə qadınlarda erkən doğum riskini əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. İstifadə üçün tərkibində B2 və B6 olan orqanik maqnezium duzlarına üstünlük verilməlidir.
Sink – İmmunitet üçün
Soyuqdəymə zamanı ilk saatlarda bədəndən çox sayda sink istehlak olunur və bunun üçün ehtiyac 6-8 dəfə artır. Sink, bakteriya və virusları öldürmək üçün lazım olan T limfositlər istehsal edən immun sisteminin əsas orqanı olan timus vəzi işləməsi üçün vacibdir. Sink ionları α və γ interferonların istehsalını stimullaşdırır. Soyuqdəymənin ilk simptomlarının başlamasından dərhal sonra kifayət qədər dozada istifadə etməyə başlasanız xəstəliyin müddəti ortalama 3 gün azalir. C vitamini, sink, sarımsaq, “qara kimyon” və jenşen birləşməsi kəskin tənəffüs yoluxucu infeksiyaların bütün əlamətlərini dörd gün daha tez həll etməyə imkan verir.