İmmuniteti çökdürən səbəblər
Dünyanın və ölkəmizin mücadələ apardığı COVID-19 virusu immunitet sisteminin nə qədər vacib olduğunu bizə xatırlatdə. Bəs, immunitet sistemimiz üçün nəyə diqqət etməliyik?

Düzənsiz yuxu
Qidalanma və idman nə qədər vacibdirsə insanın yuxu saatı və vaxtı immunitet sistemimiz üçün çox vacibdir. Evdə olduğumuz bu dövrlərdə səhərə qədər otururuq, gündüz yatıb gecə yarısına qədər oyağ oluruq. Gecə yatarkən bədəndən ifraz olunan hormonal mayelərin kifayət qədər olmadığı üçün insanın bədən müqavimətini azalmasına və infeksiyalara tutulmasını asanlaşdırır. Gecə yuxusunu mümkün qədər üstün tutaq və ortalama 6-8 saat yatmağa çalışaq.
Sadə şəkərlər
Sadə şəkər həzm olunmadan birbaşa qana keçir. Qida sənayesində keks, tort, sərinləşdirici içkilər və şirniyyatlara əlavə olunan şəkər qan şəkərini sürətlə yüksəldir. Yüksək qan şəkəri bədəndə yerləşməyə çalışan virus və bakteriyaları tanıyan xüsusi reseptorların həssaslığını azaldır və immunitet sisteminin zəifləməsinə səbəb olur. Beləliklə, şəkər və şəkər tərkibli qidalardan uzaq durun.
Havasız otaq
Oksigenlə zəngin hava təmiz havadır. Nəfəs alarkən ağciyərlərimizə dolan oksigen qanı təmizləyir. Evdə qaldığımız bu müddət ərzində nəfəs alıb- verdikcə hava kirlənir.Uzun müddət qapalı vəziyyətdə qalmaq yorğunluğa və zəifliyə səbəb olur. Evimizdə otaqları tez-tez havalandırmaq bədən müqaviməti üçün vacibdir. Hava dövranı olunmazsa, immunitet zəifləyir.
Uzun müddət ac qalmaq
Çox uzun müddət ac qalmaq, bədənin kifayət qədər enerji almamasına şəkər balansının pozulmasına səbəb olur. Bu, immun hüceyrələrin kifayət qədər infeksiya ilə mübarizə etməməsinə səbəb olur. Bu müddətdə hər 4-6 saatda sağlam qidalar seçərək enerji alınmalıdır.
Marqarinlər və trans yağlar
Marqarin və ya trans yağ istifadə edərək satılan bütün emal edilmiş və qablaşdırılan məhsullar vücudun infeksiya ilə mübarizəsini çətinləşdirir. Sağlığa zərərli olan bu yağlarla hazırlanmış pizza, cips, popkorn, qızartmalar, dondurulmuş yeməklər, mayonez, kolbasa kimi emal edilmiş ətlər bu virus yayılması dövründə istehlak edilməməlidir.