İngilis Kral ailəsinin həyatıyla bağlı maraqlı faktlar
Kral ailələri, xüsusilə də İngilis kral ailəsi öz həyat tərzləri ilə bütün dünyanın ən çox maraqlandığı insanlar sırasındadır. Doğuşlarından toylarına qədər hər şeyləri xəbər olan Kral ailəsinin üzvləri müxtəlif televiziya seriallarıyla da məşhurlaşırlar. Şahzadə Diana ilə başlayan populyarlıq şahzadə Uilyam və Kate Middlton-un toy mərasimi, övladları Prens Harry və Meqan Markle-ın evliliyi ilə daha da məşhurlaşdı.

İngilis-Kral ailəsi
Kral ailəsinin bir çox xüsusiyyəti kimi yemək-içmək vərdişləri də maraq dairəsindədir. Keçmişdə uzun illər Bukingem sarayının mətbəxində xidmət göstərən məşhur aşbaz Darren McGrady öz müsahibəsində Kral ailəsi üzvlərinin yemək və mətbəx ənənələrindən danışdı.

Kral ailəsinin üzvləri
Diana qırmızı ət yeməzdi

Şahzadə Diana
Yediyi tək qırmızı ət quzu ətiydi. O da məclislərdə. Diana heç vaxt ət yeməzdi. Şahzadə Diana bulimiya sonrasında çox ciddi bir diet tətbiq etdi. Bir gün mənə, -“Darren sən bütün yağları yox et, karbohidratları da mən idman zalında həll edəcəyəm” demişdi. Hər şeyi dəyişdirdik. Mən Bukingem Sarayının reseptləri olan dəftərimi bir kənara atıb, sağlıqlı yeməklər hazırlamağa başladım. Diana Sarayda olarkən, bulimiyadan heç kimin xəbəri yox idi, sonradan başa düşdük. (Bulimiya – insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və qidalanma pozuntusudur). Bibər və badımcam dolmasını, balığı çox sevirdi.
Diananın qonaqları onun eyni yeməyin yağsız versiyasının yediyini başa düşməzdi. İnsanları aldadırdı. “Dəyərli qonağı Reagon üçün bir “mousse hazırla dedi. Özü içində mayonez və krem olduğu üçün yeməzdi. Onun üçün yağsız versiyasını hazırladım. Qonaqlar heç bir şey başa düşməzdi.
Harry və Uilyam fast food-u çox sevirdi

Diana, William və Harry
Bir gün Şahzadə Diana mətbəxə daxil olub, “Yeməyi ləğv edin, uşaqları qamburger yeməyə aparacam” dedi. Mən də qamburger edə biləcəyimi dedim. O isə uşaqaların əsl istədiyi qamburgerdən çıxan oyuncaqdır. Uşaqlar qamburger, pizza, kartof qızartması çox sevərdi. Balaca şahzadə olmasına baxmayaraq digər uşaqlar kimi fast food sevərdilər.
Kral ailəsi Şotlandiyadakı bağ evləri olan Balmoral Qalasında tamamən fərqli davranırdılar

Balmoral qalası
Balmarol Kral ailəsinin dərin nəfəs aldığı bir yer idi. Onlar orada həmişə birlikdə idilər. Bukingemdə Kraliça çox məşğul idi. Ordakı mənzili ilə mətbəx də çox uzaq idi. Balmoral da şahzadə Filip manqal da bişirərdi.
Kraliça tez-tez saxlama qabından yeyərdi.
Kraliça deyincə insanların ağlına qızıl boşqablar, qaşıq və çəngəllər gəlir. Bu zaman-zaman doğru olsada Bamoralda olarkən o meyvələri sarı plastik qabdan da yeyərdi. Eyni zamanda almaz bəzəkli bir boşqabdan da meyvə yeyərdi. Bu üzərində 3 qızıldan at olan, mərmər bir boşqabdı. Almazlar, yaqutlar, safirlər və zümrüdlərlə bəzədilmişdi. 30 il öncə dəyəri 500 min sterlinq idi.
Kraliça şokaladlı biskvitli tort olmadan heç bir yerə gedməzdi
Kraliçanın günlük menyusunda həmişə şokaladlı biskvitli tort olardı. Eyni tortu hər gün az-az bitənə qədər yeyərdi. Tortundan heç kimin yeməyinə icazə verməz, incə bir dilim də azalsa hiss edərdi.
Axşam yeməkləri çox rəsmi bir şəraitdə yeyilirdi
Günortadan sonra günlük geyimləri ilə oturub çay içərdilər. Sonra axşam yeməyi üçün yuxarl çıxıb geyimlərini dəyişirdilər. Axşam yeməyimə Downton Abbey serialındakı kimi gecə geyimləri ilə otururdular. Ana Kraliçaya yemək saatıyla bağlı yalan deyilirdi.
Ana Kraliça yeməkdə iştirak edəcəksə Balmoral axşam yeməkləri 20:30 da yeyilirdi. Ancaq Kraliçaya yeməyin 20:15 də yeyiləcəyi deyilirdi. Çünki Ana Kraliçanın yeməyə gec gələcəyini hamı bilirdi.
Kraliçanın ən çox sevdiyi yeyəcək tünd şokalad idi.
Kraliça öz həyətlərində yetişən hər şeyin mətbəxdə istifadə olunduğu yeməkləri çox sevərdi. Ama şokaladı xüsusilə də tünD olanını daha da çox sevərdi. Bir şokalad nə qədər tünd isə o qədər yaxşıydı. Kraliça sarımsaq yeməzdi. Menuda sarımsaq olmasına əsla icazə verməzdi. İyindən və dadından nifrət edərdi.
Kraliça səhər yeməyində qarğıdalı lopaları yeyərdi. Kraliçanın səhər yeməyi çox sadə idi. Özünə plastik bir qabda qarğıdalı lopaları hazırlayar, yanında da Darjeeling çayı içərdi. Şahzadə Filip bir dəfə işçilərin yeməyini daha çox bəyənib və onu yemişdi. Mətbəxə gəldi və axşama nə yeyəcəyik dedi. Sizin üçün quzu budu hazırladıq dedim. Digər qabı göstərib-“ Burada nə var dedi?”. İşçilər üçün hazırladığızım yeməyi görüncə ondan yemək istədi. Şahzadə Filip yeməyə gələrkən o qədər sadə geyinərdiki onu da işçilərdən biri düşünürdük. Bir dəfə mətbəxə gəldi, mən elə bildim ki o bağbandır. Köhnə paltar geyinmiş bir adam düşünün. Ancaq diqqətlə baxınca mən onu Şahzadə Filip olduğunu başa düşdüm.
Kral ailəsi üzvləri səyahətdə dəniz məhsulları yeyə bilməzlər
Kral ailəsi üzvləri səyahətlərində qida zəhərlənməsi ehtimalına qarşı dəniz məhsulları xüsusilə də qabıqlıları istəsələr də yeyə bilməzdilər. Getdikləri yerlərdə aşbazlara bu mövzuda əvvəldən xəbərdarlıq olunur. Ailə üzvlərinin uzaq durması lazım olan yeyəcəklər az bişmiş ətlər və çox ədviyyatlı yeməklərdir. Ayrıca səyahətə çıxarkən içəcəkləri suları da özləriylə götürürdülər.
Kraliça itlərini doğurdan da özüylə aparır
Bağçada başında örpəyi olan bir qadın gördüm. Başa düşdüm ki kraliça gəlir. Çox həyəcanlandım və ona də deyəcəyimi planladım. Ancaq corgi-lər hürməyə və mənə tərəf qaçmağa başladılar. Ardımca 12 it qaçırdı və Kraliça arxamdan qəhqəhə çəkərək gülürdü.
Filip, Charles-in orqanik yeyəcəklərinə etibar etməzdi.
Harrods bizə hər zaman ordan alış-veriş etdiyimiz üçün ərzaq dolu təşəkkür səbəti göndərirdi. Bir gün Şahzadə Filip mətbəxə gəldiyində səbətlərdən 2 dənə var idi. “Harrods səbət? Deyəyək soruşdu. Bunları şahzadə Charles yetişdirib, orqanik səbzə-meyvə olduğunu eşidincə “bah, orqanikmiş” deyib, başını salladı və çıxdı.
Bir dəfə Fergie planları dəyişdirdi və bütün yemək ziyan oldu. Sarah Ferguson teatra gedmişdi, axşam yeməyinin 22:30 da yeyilməsini istəmişdi. Hazırlıqlara başladıq. O anda zəng edib restorana gedəcəyik dedi, bütün yeməklər ziyan oldu.