İnstagram-da Gizli profilləri göstərən Ghosty silindi
Son günlərdə geniş yayılan tətbiq olan Ghosty, Instagram’ın təşəbbüsləri ilə bağlandı. İnsanların məxfiliyini pozan tətbiq giriş üçün bağlansa da, istifadəçilər şəxsi məlumatlardan narahatdırlar.

Məxfilik prinsiplərini alt-üst edən yeni bir tətbiq Ghosty, qayda bilməz insanlar üçün bəzi sərhədləri qaldırarkən, bir çox insan isə sosial media hesablarından narahatdır. Lakin Instagram bu məsələni həll etdi və istifadəçilərinin narahat olmasının qarşısını aldı.
Ghosty qayda pozuntularına yol verdi
Buna qarşı hərəkətə keçən Instagram, tətbiqin fəaliyyətini dayandırmaq üçün müraciət etdi. İstifadəçilərə gizli Instagram hesablarını göstərən Ghosty tətbiqi bu pozuntudan başqa digər qaydaları da pozdu.
Ghosty necə işləyirdi?
Tətbiq, gizli hesabları göstərmək üçün sizdən başqalarının da məlumatını istiyirdi. Beləliklə gizli hesabları tapmaq üçün istifadəçi məlumatlarını toplayır. Buna görə bu tətbiqdən istifadə etsəniz həm özünüzün, həm də yaxın ətrafınızın məxfiliyini pozursunuz.
Tətbiq çıxarılana qədər Google Play Store-da mövcud idi, Şirkət aprel ayında açıldığı gündən bağlanışa qədər 500 mindən çox yüklənmə əldə etdi.
Tətbiqin bu qədər qısa ömürlü olması təəccüblü deyil. Fəaliyyətini dayandırmaq müraciəti ilə yanaşı İnstagram, hüquqlarının pozulduğunu və sanksiyalar tətbiq edəcəyini açıqladı. Tətbiqin Google Play Mağazası və İnstagram-ın diqqətini çəkmədən uzun müddət qalmağı marağlıdır. Bu, böyük bir problemdir. Çünki insanların digərlərini təhqir və təhdid etməsi üçün kifayət qədər məlumat toplamışdır.