İran turist pasportlarına möhür vurmayacaq
İranın dövlət sözcüsü Əli Rəbii İrana gedən xarici turistlərin pasportlarına İran möhürünün vurulmayacağını açıqladı.

iran-pasport möhür
İrana gələn turistlərin ABŞ sanksiyaları səbəbi ilə problem yaşamamaqları üçün bu qərarın alındığını bildirən dövlət sözcüsü Əli Rəbii açıqlama verdi
Pasportların möhürlənməməsi ilə bağlı yeni qərar qısa müddətdə ölkənin bütün hava limanlarında tətbiq olunacaq
Nazirlər Kabinetinin həftəlik iclasından sonra jurnalistlərə açıqlama verən dövlət sözçüsü Əli Rəbii daha çox turist cəlb etmək istədiklərini, ancaq səfər edən turistlərə sanksiyalar səbəbi ilə prezident tərəfindən bu qərarın qəbul olunduğunu söylədi. Rəbii, İrana daha çox turist gözlədiklərini ifadə edərək, “Bu qərar sayəsində xarici turistlər İranda daha asan səyahət edə bilərlər” dedi.