Daha tez iş tapmaq üçün nə etmək lazımdır? – Topic.az
Daha tez iş tapmaq üçün nə etmək lazımdır?

Daha tez iş tapmaq üçün nə etmək lazımdır?

İş müraciətlərindən rədd cavabı aldıqda dərhal hər kəs mütəəssir olur. Üstəlik, ətrafdakıların da “nə etdin?”, “iş tapa bildinmi?” kimi sualları, “ürəyini sıxma”, “qismət” kimi təsəlliləri daha çox cansıxıcı olur. Bəs bir an əvvəl iş tapmaq istəyənlərin nə etməsi lazımdır? Gəlin biraz bu barədə danışaq.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 14.11.2018 Baxış sayı:  3359 Müəllif: 
Daha tez iş tapmaq üçün nə etmək lazımdır?

İşsizkən iş axtarmaq maddi və ya mənəvi cəhətdən olduqca çətin və yorucu bir prosesdir. Elanlara müraciət edirsiniz, amma heç bir şəkildə müsbət cavab ala bilmirsiniz. Getdikcə əhvalınız pozulur, ümidləriniz azalır. Bu prosesdə əvvəlcə qulaqlarınızı neqativlərə bağlı edin və söylənənləri eşitməzdən gəlin. Ümidsizliyə qapılmayın! Özünüz də daxil olmaqla, kimsənin sizi dibə çəkməsinə icazə verməyin!

Bəs iş axtarmağa başlayarkən ilk olaraq nə etməlisiniz?

  • Güclü tərəflərinizi, bilik və bacarıqlarınızı, edə biləcəklərinizi və uğurlarınızı kəşf edin.
  • Qısa, orta və uzunmüddətli hədəflərinizi müəyyən edin və bunları hazır tutun.
  • Tərcümeyi-halınızı hədəflərinizə görə yaradın və hazır saxlayın.
  • İnkişafınıza diqqət yetirin, bacarıqlarınızı möhkəmləndirin və özünüzə maya qoyun.
  • “B planını” hazırlayın.
  • Müsahibələrə hazırlaşın.
  • İş müraciətlərinə diqqət yetirin.

Bəs yuxarıdakı maddələrdən əlavə iş axtararkən başqa nələr edə bilərsiniz?

Şəbəkənizi gücləndirin

Əvvəlcə iş tapmaq üçün sizdə fikir yaradacaq, yol göstərəcək, referans olacaq bütün iş və sosial dairənizin siyahısını çıxarın. Hədəfinizə görə iş tapmaqda sizə dəstək olacaq, istiqamət göstərəcək insanlarla ünsiyyətə keçin. Bunu nəzərə alaraq şəbəkənizi (network) genişləndirin və İR mütəxəssisləri, yaxud hədəfinizə uyğun adamlarla əlaqə yaradın. Əlaqə qurarkən nə üçün əlaqə qurmaq istədiyinizi vurğulamağı unutmayın.

Qapı – paqı gəzməkdən çəkinməyin

İşləmək istədiyiniz sektorda, yaxud mövqedə olan insanlarla ünsiyyətə keçin. Məsələn, bu adamları qəhvə içməyə və ya səhər yeməyinə dəvət edə bilərsiniz. Cəsarətli və inandırıcı olmağa və niyyətinizi açıq şəkildə ifadə etməyə çalışın. Bu insanlarla ünsiyyət qurmazdan əvvəl özünüzü daha yaxşı necə ifadə edəcəyinizi düşünün. Suallarınızı hazırlayın. Suallar sektora, o işin incəliklərinə, üstünlüklərinə, sahib olunması lazım olan bilik və bacarıqlara uyğun olmalıdır. Qarşınızdakı adamda “İş axtarıram” hissini yox, “Çox güclü cəhətlərim və xüsusiyyətlərim var, bu işə və sizə uyğunam” hissini yaradın. Peşəkar olduğunuzu hiss etdirin. Bu görüşdən sonra, bəlkə də, yeni bir fürsət yarana bilər; sizi çalışdığı firmanın İR peşəkarına təqdim edə və ya boşalan iş yeri olanda sizə xəbər verə bilər. Bundan başqa, daha əvvəl birlikdə çalışdığınız iş yoldaşlarınızla və rəhbərlərinizlə  görüşə bilərsiniz. Beləliklə, həm özünüzü xatırladar, həm də iş axtarışı ilə bağlı onlardan ideya və ya təklif ala bilərsiniz.

Təşəbbüskar olun

İş müraciəti edəndə, orada çalışan İR mütəxəssisləri və ya digər şəxslərlə əlaqə yaratmağa çalışın. Şirkətdə tanışınız və ya tanışınızın tanışı çalışa bilər. İR peşəkarına və ya müvafiq şöbənin rəhbərinə CV-nizi şəxsən əlbəəl təqdim etməyiniz işi sürətləndirər. Bu həm də üzərinizə əlavə diqqətin fokuslanmasını təmin edə bilər. Bu şəkildə verəcəyiniz CV mütləq xüsusi olaraq o şirkətə uyğun hazırlamalıdır!

CV-nizi İR mütəxəssisinə çatdırın

CV-nizi İR-ə göndərin. Lazım gələrsə, İR-ın işçiləri ilə telefon əlaqəsi yaradaraq onların e-poçtunu öyrənin. Elektron poçt göndərərkən də mail-də “mən bu işi bacarıram və sizə uyğunam” mesajını peşəkar dildə hiss etdirməyiniz çox əhəmiyyətlidir.

CV-nizin İR mütəxəssisinə çatıb-çatmadığını öyrənmək üçün də şirkətə zəng vura, hətta telefonda tərcümeyi-halınızın o şirkət üçün uyğun olub-olmadığını soruşa bilərsiniz. Ancaq bunu edərkən mənfi bir cavab eşitməyə də hazır olmalısınız. Əgər mənfi bir cavab eşitsəniz, bu cavabı heç vaxt fərdiləşdirməyin və özünüzü pis hiss etməyin. Əksinə, “necə daha yaxşı ola bələrəm” sualı üzərində düşünün.

Sosial şəbəkələrdən effektiv istifadə edin

Sosial şəbəkələr artıq işçilərin işdən çıxmasına səbəb olursa, niyə işə alınmasına səbəb olmasın? Paylaşımlarınıza diqqət etməlisiniz. Unutmayın ki, paylaşımlarınız sizi təmsil edir, barənizdə fikir yaradır. Eyni zamanda sosial şəbəkələrdə sizi bir işə yönəldəcək şəxslər çıxa bilər. Gözüaçıq olun. Bu insanlarla ünsiyyətə keçin və onların diqqətini çəkəcək paylaşımlar etməyə çalışın. Bir də gördüz ki, iş təklifi almısız, nə bilmək olar?

Hədəfinizə uyğun QHT-lərdə çalışın

İşləmək istədiyiniz sahəyə və hədəflərinizə uyğun olan qeyri-hökumət təşkilatlarında könüllü olaraq çalışa bilərsiniz. QHT-lər bir çox peşəkarla tanış ola biləcəyiniz, ünsiyyət yaradacağınız və özünüzü göstərə biləcəyiniz yerlər arasındadır. Burada kritik məqam odur ki, “onsuz da könüllüyəm” deyərək işinizi yarımçıq atmayın –  başladığınız işi mütləq başa çatırın. Gələcəkdə faydalı ola biləcək insanlarla əlaqə yaratmağa, yaxşı təəssüratla yadda qalmağa çalışın.

Bundan başqa, özünəinam və pozitiv düşüncə ilə ünsiyyət qurmağa diqqət göstərin. Kimin harada qarşınıza çıxacağı məlum olmaz… İş axtarma prosesinə diqqət yetirin, hətta işiniz ancaq bu olsun. Nəticəni zamanın ixtiyarına buraxın, işə başlayacağın zamanı səbirlə gözləyin və heç vaxt usanmayın. Tək bir mövqe üzərində israr etmək əvəzinə, ehtiyat planlarınız üçün də iş axtarma prosesini davam etdirin. Nəyi gözləyirsiniz? Bu andan etibarən özünüzü yeniləyin və yeni fikirlərlə iş axtarmağa başlayın!

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Yaxın mövzular

Tükənmişlik hissi
Karyera   ⁄   31.01.2020   ⁄   1683  baxış

Tükənmişlik sindromunu aradan qaldırmaq üçün 3 məsləhət

Gərgin iş tempi, artan stres, trafik və s. bir çox amillər bəzən işçiləri elə bir nöqtəyə gətirir ki, son nöqtənin adı-tükənməkdir! Bu hissi aradan qaldırmaq üçün nə etməliyik?

İş axtararkən motivasiya
Karyera   ⁄   28.12.2019   ⁄   1465  baxış

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

İş axtarmaq çox çətin bir prosesdir. Bu çətin prosesdən keçərkən motivasiyamızı yüksək tutmağımız da vacibdir. İşsizlik dövründə motivasiyanı yüksək tutmaq üçün nə etməlisən?

Karyera   ⁄   27.12.2019   ⁄   1488  baxış

Gələcəkdə təəccübləndirəcək 5 peşə

Kosmik stüardessa, rəqəmsal detektiv, zibil mühəndisi və daha çox! Bütün bu peşələr qulağa maraqlı gəlir? Ancaq görünür, yaxın gələcəkdə bu peşələr haqqında daha çox eşitməyə başlayacağıq.

Karyera   ⁄   25.12.2019   ⁄   1476  baxış

30 yaşdan sonra karyera dəyişikliyi mümkündürmü?

Bir gün, bir çox insan kimi, karyeranıza yeni bir istiqamət vermək istəyə bilərsiniz. Deyək ki, bu istək 30 yaşdan sonra başladı. Nə edəcəksən?

Səhv doldurulmuş CV-nin aqibəti
Karyera   ⁄   24.12.2018   ⁄   2451  baxış

CV-də yazmayacağınız 6 şey

Hədəflədiyiniz işi almaq üçün CV-dəki məlumatlar çox vacibdir. CV-yə daxil edilməməsi lazım olan məlumatlar iş axtarışı prosesinə birbaşa təsir edə bilər. CV hazırlamaq karyeranız üçün atacağınız ilk və ən vacib addımlardan biridir. Düzgün hazırlanmış CV bir çox qapını aça bilər. Ancaq hazırlıqsızlıq, səhvlər və lazımsız məlumatlar iş tapmaq prosesini uzadır və istənilən mövqeyə çatmağının qarşısını alır.

Səyahətə çıxarkən
Turizm   ⁄   23.12.2018   ⁄   2920  baxış

Səyahətə çıxanlar üçün 10 faydalı məsləhət

Heç bir öhdəliyiniz olmadan dünyanı gəzmək haqda xəyal etmisiniz? Gizli arzuların həyata keçməsi hər kəs üçün əlçatandır. Ən əsası düzgün köklənmə, düşünmə qabiliyyəti və bir balaca hazırlığın olmasıdır. Bunun üçün təcrübəli səyahətçilərin bölüşdükləri 10 sirr kifayət edər. Onların köməyi ilə yeni kəşflər, müxtəlif təəssüratlar, gözəl istirahət və yeni tanışlıqlar sizin həyatınızı istənilən yaşda dəyişə bilər.

Tükənmişlik hissi
Karyera   ⁄   31.01.2020   ⁄   1683  baxış

Tükənmişlik sindromunu aradan qaldırmaq üçün 3 məsləhət

Gərgin iş tempi, artan stres, trafik və s. bir çox amillər bəzən işçiləri elə bir nöqtəyə gətirir ki, son nöqtənin adı-tükənməkdir! Bu hissi aradan qaldırmaq üçün nə etməliyik?

İş axtararkən motivasiya
Karyera   ⁄   28.12.2019   ⁄   1465  baxış

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

İş axtarmaq çox çətin bir prosesdir. Bu çətin prosesdən keçərkən motivasiyamızı yüksək tutmağımız da vacibdir. İşsizlik dövründə motivasiyanı yüksək tutmaq üçün nə etməlisən?

Karyera   ⁄   27.12.2019   ⁄   1274  baxış

Part-time işləməyin üstünlükləri nələrdir?

Həftədə 40 saatdan az tammüddətli iş part-time iş sayılır. Part-time yəni yarım gün iş sayılır. Əlbəttə ki, bu tərifin məzmunu şirkət, sektor və ya vəzifəyə görə dəyişə bilər. Bəs part time işləmək işçi və işəgötürənə hansı üstünlüklər verir?

Karyera   ⁄   27.12.2019   ⁄   1488  baxış

Gələcəkdə təəccübləndirəcək 5 peşə

Kosmik stüardessa, rəqəmsal detektiv, zibil mühəndisi və daha çox! Bütün bu peşələr qulağa maraqlı gəlir? Ancaq görünür, yaxın gələcəkdə bu peşələr haqqında daha çox eşitməyə başlayacağıq.

ofisdə mikroblar
Karyera   ⁄   26.12.2019   ⁄   1899  baxış

Ofisdəki gigiyena: Mikrobların ofisdə ən sevdiyi yerlər haradır?

Bütün günü sıx bir ofisdə keçirmək sağlamlıq cəhətdən bir çox məqama diqqət etməsini gərəkdirir. Xüsusilə bəzi sahələr mikroblar üçün çox əlverişlidir. Kiçik ehtiyat tədbirləri ilə ofis həyatını daha gigiyenik etmək mümkündür!

Karyera   ⁄   25.12.2019   ⁄   1476  baxış

30 yaşdan sonra karyera dəyişikliyi mümkündürmü?

Bir gün, bir çox insan kimi, karyeranıza yeni bir istiqamət vermək istəyə bilərsiniz. Deyək ki, bu istək 30 yaşdan sonra başladı. Nə edəcəksən?

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1366  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1086  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1674  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   3918  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5257  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5023  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2430  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2397  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2697  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3320  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?