Jaguar Land Rover kütləvi ixtisarlar edəcək
Jaguar Land Rover şirkəti satışların düşməsi səbəbi ilə işçilərinin sayını 40 mindən işçidən 5 minə kimi işçini ixtisar edəcək. Bu barədə BBC məlumat verir.

Jaguar Land Rover
İxtisarın böyük hissəsi inzibati şöbə və marketinq şöbəsinə təsir edəcək. BBC-yə görə kütləvi ixtisarların nəticəsində şirkət 3 milyard dollardan çox qənaət edəcək. Bu tədbirlər şirkətin ən böyük bazarı olan Çində avtomobil satışlarının azalması səbəbiylə görüləcək. Çində son aylarda Jaguar Land Rover avtomobilinin satışı 50% azalıb. Bundan başqa Böyük Britaniya Aİ-dan çıxdıqdan sonra şirkətin rəqabət qabiliyyətinə dair narahatlıqları var.
2017-ci ildə Britaniyanın Solihal şəhərundə Jaguar Land Rover 1000 işçini, Heilvud şəhərində 180 işçini ixtisar etmişdi. Kasl Bromviçdə isə 1000 işçi 3 günlük iş həftəsinə köçürüldü.
Jaguar Land Rover 2018-ci il noyabr ayının sonlarında, “Forbes”xarici şirkətlərin gəlirlərinə görə reytinqdə 9 pillə azalaraq, 36-cı yerdən 45-ci yerə düşüb.
Amerika avtomobil istehsalçısı Ford Motor Co. da Avropadakı minlərlə iş yerini kəsmək niyyəti olduğunu açıqladı. Şirkət “könüllü xidmət edən işçilər” vasitəsilə maliyyə xarclərini minimuma endirmək istəyir.
Fordun Avropadakı, Yaxın Şərq və Afrikadakı başçısı Stephen Armstrong şirkətdən neçə işçinin ayrılacağını açıqlamadı. Hal-hazırda Avropadakı Fordda 54 min nəfər işləyir. İdarə heyəti bundan başqa bəzi zavodları bağlamağı və daha az gəlirli modelləri dayandırmağı düşünür.