Kubanın yeni konstitusiyası təkcinsli nikahları mümkin etdi
Kuba Xalq Məclisinin deputatları 22 dekabrda ölkənin yeni Konstitusiyasının layihəsini təsdiqlədi. Yeni Konstitusiya üzrə referendumun 24 fevral 2019-cu il tarixində keçirilməsi nəzərdə tutulub.

Kubanın keçmiş prezidenti Raul Kastro
Prensa Latina agentliyin verdiyi məlumata görə, 602 millət vəkilinin 583 nəfəri Kubanın yeni konstitusiyasını təsdiqləyib. Layihədə 13 – 15 avqust tarixlərində kemirilmiş ölkə vətəndaşlarının sorğusunun nəticələr nəzərə alınıb.
Layihənin mətninə görə, Kuba dövlətinin sosialist xarakteri və Kommunist Partiyasının cəmiyyət həyatında aparıcı rolu saxlanılır.
Buna baxmayaraq, yeni konstitusiya bir sıra dəyişikliklər nəzərdə tutur. Bunlardan ən vacibləri prezident və baş nazir vəzifələrinin yaradılması, şəxsi mülkiyyətin qismən tanınması və xarici investisiyaların dəstəklənməsidir.
Maraqlı məqamlardan biri də yeni layihədən nikahın yalnız bir kişi ilə bir qadın arasındakı birlik olduğu barədə bənd çıxarılıb. Bununla Kuba parlamenti ailə məhfumunu “bütün müxtəlifliyində” qəbul edərək yeni konstitusiyanın nikah barədə bəndlərinin bərabərlik, cinsi oriyentasiya və gender zəminində diskriminasiyanın olmaması prinsiplərinə uyğun olmasını təmin etməyə çalışıb. Faktiki olaraq bu yanaşma təkcinsli nikahları mümkin edir. Bu yaxın 2 il ərzində qəbul olunacaq yeni ailə məcəlləsində öz əksini tapa bilər. Hökümət bu tipli düzəlişləri də referenduma çıxartmaq istəyir.
Marksizm üzrə professor və bloger Harold Kardenas bu mövqelə razı deyil:
Ümumxalq referendumu dövləti məsuliyyətdən azad edərək mühafizəkar homophobiaya yol açacaq. Kubada nigah bərabərliyi prezident fərmanı ilə müəyyən olunmalıdır.