Limon qabığı və bitməyən faydaları
Başda C vitamini olmaqla sağlamlıq cəhətdən son dərəcə faydalı tərkibə malik limonun suyunu sıxırıq və qabıqları atırıq. Ancaq səhv edirik. Limon qabığının da ən az özü qədər faydaları vardır

Limon qabığı və faydaları
Tədqiqatlar göstərir ki, limonun suyu kimi qabığının da antioksidan qaynağıdır. Limon qabığındakı polifenollar, vitaminlər, minerallar, lif, karotenoidlər və efir yağları bir çox xəstəlikdən qoruyur.
Ancaq kalsium səviyyəniz aşağıdırsa, böyrəklərinizdə və ya keçmişdə kalsium oksalat daşları varsa, həkiminizlə məsləhətləşməlisiniz. Yenə limon suyu qan təzyiqini aşağı saldığı üçün qan təzyiqi aşağı olan və ya təzyiq dərmanı istifadə edən insanlar həkimə müraciət etmədən istifadə etməməlidir.
Qaraciyərdə yağlanmanı azaldır
Limon qabığı tərkibindəki pektin, efir yağları sayəsində ümumi xolesterol səviyyəsini, rigliserid səviyyəsini və qaraciyər yağlarını azaldır.
Diş ətini gücləndirir
Limon qabığı, C vitamini çatışmazlığından qaynaqlanan, qanamalı diş əti xəstəliklərinin qarşısını alır. Limon və qabıqdakı C vitamini sayəsində qaşınma əmələ gəlmir.
Bağırsaqları qoruyur
Limon qabığı tərkibindəki pəhriz lifi bağırsaq funksiyasını və bağırsaq sağlamlığını qoruyur. Bundan əlavə, limon qabığının tərkibindəki pektin qəbizliyin qarşısını alır.
Hüceyrə zədələnməsinin qarşısını alır.
Tərkibindəki yüksək antioksidan qabiliyyəti sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirir. Bundan əlavə, limon qabığının antioksidan xüsusiyyətlərinə malik yüksək C vitamin qabiliyyəti sayəsində DNT-nin zədələnməsinin qarşısını alır.
Damar sağlamlığını qoruyur
Limon qabığında olan flavonoidlərdən olan hesperidin və naringin sayəsində damar quruluşunu qoruyur və laxtalanma riskini azaldır. üksək C vitamini koronar arteriya xəstəliyini azaldır.