Limon suyunun əks təsirləri hansılardır?
Limon dünyanın hər yerində istifadə edilən ən məşhur sitrus meyvələrindən biridir. Lakin əksəriyyətimiz limon suyunun yan təsirlərindən xəbərsizik.
Limon suyu vitamin A, C, kalsium, karbohidrat və flavonoid kimi müxtəlif tərkibə malikdir. Buna görə limon suyunundan istifadə eləmək orqanizmanıza əhəmiyyətli qida və antioksidant verir. Ancaq faydası olduğu kimi yan təsirləri də göz ardına alınmamalıdır.

Limon suyu əks təsiri
Limon asidik tərkibə malikdir və limon suyu bəzi sağlıq problemləri olan insanlarda mənfi təsirlərə səbəb ola bilər.
Mədə yanması
Ümumiyyətlə mədə sancmaları, qusma və ürək bulantısına səbəb olan mədə yanması asidli qidaların istifadəsi ilə artar. Yeməyin yanında və ya sonrasında limon suyu içildikdə simptomların başlanğıcını hiss edə bilərsiniz. Mədəsində xora olanlar bir stəkan limon suyundan sonra mədə ağrılarından narahat ola bilərlər. Bu vəziyyətdə mədə qıcıqlanır.
Diş minası zərər görə bilər
Yüksək asidli tərkibindən limon suyu diş minasını da zədələyə bilər. Limon suyundan çox istifadə olunması da bəyaz dişlərinizə təsir edir. Həddindən artıq istifadə olunması dişlərinizi ləkəli və yaralı hala gətirir. Dişlərində boşluq olanlar isə vəziyyəti daha da pisləşdirə bilər.
Dəmir vitamininin əmilməsinə diqqət olunmalı
Bəzi araşdırmalar göstərir ki, limon suyundan çox istifadə olunması orqanizm tərəfindən hədsiz dəmir əmilməsiylə nəticələnə bilir. Bu yüksək askorbik turşu tərkibinə daxildir. Dəmir bədəndə depolanmağa davam edərsə, dəmir toksikasiyasına, ishal və mədə bulantısına səbəb ola bilər.
Allergik reaksiyalar
Sitrus meyvələri bəzi adamlarda allergik reaksiyalara səbəb ola bilər. Reaksiyalar özünü migren və dəri allergiyası kimi göstərə bilər.

Limon suyu
Klorokin səviyyəsi
Klorokin malyariya xəstələrinin müalicəsində istifadə olunur və limon suyu onun təsirini azaldır. Həkimlər malyariya xəstələrinin müalicə ərəfəsində limon suyundan istifadə etməmələrini tövsiyyə edir.
Hamiləlikdə diqqət olunmalıdır
Hamilə qadınlar limon suyunu müəyyən miqdarda içə bilərlər. Bir çox qadınlarda hamiləliyin ilərləyən vaxtında mədə yanması olur. Limon suyunun da istifadə olunması vəziyyəti daha da ağırlaşdırar. Hamiləlik dövründə dişlər və sümüklər çirklənməyə məruz qalır. Limon vəziyyəti çətinləşdirə bilər. Limon suyunun bu əks təsiri bəzi qadınlarda boğaz ağrısına da səbəb ola bilər.
Böyrək sağlamlığı üçün də təhlükəlidir
Müxtəlif araşdırmaların böyrək və mədəaltı vəz problemləri olanların da limon suyu içməkdən çəkinmələri olduqlarını göstərib. Limon orqanizmaya kalsium əmilməsinə mane ola bilir və böyrək vəziyyətini ağırlaşdıra bilər.