Manatın möhkəmlənməsinin neqativ təsiri haqda maliyyə nazirindən maraqlı bəyanat.
Samir Şərifov: “Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir”.

Samir Şərifov
Samir Şərifovun sözlərinə görə manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu isə azərbaycanlı isthehsalçıların məhsullarını ixrac üçün rəqabətə davamlılığını azaldır. Digər tərəfdən idxal olunan məhsulların qiyməti daha aşağı olduğundan yerli istehsalçıların daxili bazarlarda da mövqeləri zəifləyir.
Nazir həmçinin son illərdə aparılan siyasətin makroiqsadi balans və eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulduğunu əlavə edib.
Qeyd edək ki, 2015-2016-cı illərdə baş verən iki devalvasiya nəticəsində manat dollara nibətdə iki dəfədən artıq ucuzlaşmışdır.
2017-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Banlı tərəfindən həyata keçirilən sərt pul siyasəti nəticəsində manat dollara qarşı 4% gücləndi. 2018-ci ildə 11 ay ərzində dollara nisbətdə manat 0,01% möhkəmlənmişdir.