“Maşa və Ayı” Ginnesin rekordlar kitabında
“Maşa və Ayı” cizgifilminin bir epizodu olan «Маша плюс каша» YouTube-da ən çox izlənilən cizgi filmi olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Bu məlumat “Animaccord” şirkətinin mətbuat xidmətində təsdiqlənib.

Ginnesin rekordlar kitabı
Şirkət deyib ki, Bu günə kimi epizod 3,3 milyarddan çox baxış toplayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, «Маша плюс каша» platforma mövcud olduğu vaxtdan 5 ən yaxşı izlənilən videolara daxil olan yeganə cizgi filmidir.
“Maşa və Ayı”nın ilk seriyası 10 il əvvəl yayımlanıb. Cizgi filmi 36 dilə tərcümə olunaraq, dünyanın 100-dən çox ölkəsində göstrilmişdir.
The Times qəzetinin 2018-ci il noyabr ayında “Kremlin yumşaq təbliğatı” adlandıraraq nəşr etdiyi məqalədə deyilirki, İngilis dilində YouTube kanalında “Maşa və Ayı”-nın 4.1 milyondan çox abunəçisi var.
Rusiya səfirliyi Avropa İttifaqına qarşı sanksiyalarının qorunması və tətbiq olunması üçün “çox bahalı bir yanaşma” tapması üçün Londona tövsiyyə edib, istehza ilə cavab verdi.