Meksikanın yeni prezidenti Dövlət Neft Şirkətinə 23 milyard dollar ayırıb
Meksika prezidenti Andres Manuel Lopez Obrador gələn il neft idxalının qarşısını almaq və yerli yanacaqların hasilatını artırmaq üçün Petroleos Mexicanos-un büdcəsini 464.6 milyard peso (23 milyard dollar ) artırmışdır.

Pemex
Lopez Obrador, 2019-cu ildə Pemeks-in kəşf və istehsalına 211 milyard peso (4 milyard dollar) sərmayə olunmasını təklif edir. Maliyyə Nazirliyinin məlumatına görə, Pemeks-ə 168 milyard peso sərmayə olunduqda, ötən il ilə müqayisədə 26 faiz artım olacaq. 2019-cu ildə gündəlik neft hasilatının 1,847 milyon barel olacağı gözlənilir.
Büdcədə Andres Lopezin Meksikanın xarici yanacaq idxalını kəsməsi əks olunur.
Bununla da prezident yeni neft emalı zavodları tikmək , mövcud olan zavodları isə yenidən quraraq yerli neft istehsalının artmasını planlayır. Pemeks , ABŞ-dan yüngül neft idxal edərək, neft təmizləyici qurğulardakı xam neft çatışmamazlığını təmin edir.
Neft emalı zavodu üçün yüngül neft almağımız bir utancdır. Əgər bizim xam malımız yoxdursa, biz heç nə edə bilmərik.
Bunu Lopez Obrador şənbə günü səhər saatlarında neft işçilərinin qarşısında çıxış edərək demişdir.
Yeni neft mərkəzi prezidentin sizə söz verdiyi Pemeks qərərgahı olacaq. Biz Meksika və milli neft sənayesini xilas edəcəyik.
Xərclər azaldılır
Lopez Obrador, Pemeks-in maliyyə vəziyyətini pisləşəcəyini düşünən sərmayəçilərin narahatlıqlarını azaltdı.
Meksikalı buruqçu 106 milyard dollarlıq maliyyə borcu ilə Latın Amerikanın ən böyük borcalanıdır. Biz neftin olduğunu bildiyimiz və daha az maliyyə vəsaiti aparan yerə sərmayə qoyacağıq. Bununla da biz xərcləri azaldacağıq.
İksaçi sahəsi
Pul vəsaitlərini artırılması ilə Pemeks , Verakruzdaki 1,3 milyard barel neft ehtiyatına malik olan İksaçi yatağını genişləndirə bilər.
Tobasconun öz ölkəsində 8 milyard dollarlıq yeni neft emalı zavodunun tikilməsi və mövcud 6 zavodun yenidən qurulması Pemeks-in resurslarını qazma işindən uzaqlaşdıra bilər. Prezident ən az 3 il ərzində yeni neft layihələrini təxirə saldı. Bu həftə Meksikanın neft emalçısı CHN Pemeks müqaviləsini və ölkənin 14 fevralda planlanan iki təklifini ləğv etdi. Beləliklə hökümət neft müqavilələrini və enerji siyasətini yenidən nəzərdən keçirdi.