Microsoft 2019-cu ildə qatlanan smartfon təqdim edəcək
Microsoft qatlanan Andromeda smartfonunu təqdim edə bilər. Cihaz adi vəziyyətində planşet kimi, qatlanmış vəziyyətdə isə adi smartfon kimi görsənəcək.

Microsoft qatlanan smartfon buraxacaq
GeekWire xəbər verir ki, amerikalı texnologiya şirkəti Microsoft, iki ekranlı və LTE dəstəyi ilə qatlanan Andromeda smartfonunu təqdim edə bilər. Cihaz adi vəziyyətində planşet kimi, qatlanmış vəziyyətdə isə adi smartfon kimi görsənəcək. Yenilik 2019-cu ilin ikinci yarısında təqdim edilə bilər. Şirkət hələ ki yeni məhsulu haqda yayılmış şayələrlə bağlı heç bir şərh vermir.
Microsoftu qabaqlayanlar…
Xatırladaq ki, eyni anda bir-neçə texnoloji şirkət qatlanan smartfonlarını artıq anons etmiş və ya göstərmişdir. Noyabrın əvvəlində çin istehsalçısı Rouyu Technology dünyada ilk əyiləbilən FlexPai smartfonunu təqdim etmişdir. Açıq vəziyyətdə smatfonun dioqanalı 7.8 düymdür, yığılmış vəziyyətdə isə 4 düym. Smartfon AMOLED və ya LCD ekranla təchiz ediləcək.

FlexPai – dünyanın ilk qatlanan smartfonu
Elə həmin ayda proqramçılar üçün nəzərdə tutulmuş Samsung Developer Conference (SDC-2018) tədbirində Cənubi Koreyalı şirkət Infinity Flex adlanan əyiləbilən displeyli smartfonun prototipini təqdim etmişdir. İlkin adları Galaxy F və Galaxy X kimi nəzərdə tutulmuşdur. Ekranın diaqonalı 7.3 düymdür.

Samsung Galaxy F qatlanan smartfonu
Keçən həftənin axırı məlum oldu ki, yapon şirkəti Sony əyiləbilən şəffaf smatfonların istehsal texnologiyasını patentləşdirmişdir. Cihazlar iki displeylə təchiz olunmuşdur: onlardan birində işıqsaçan elementlər mövcuddur və hər iki istiqamətdə işıq ötürülür, ikincisi isə işığın əks etdirilməsi ilə şəffaflıq ilyuziyası yaradır.
Gələn il Barselonada mobil qurğular sərgisində, çin şirkəti olan Oppo ilk qatlanan smartfonu göstərə bilər. Bu haqda şirkətin məhsul üzrə müdiri Çuk Vanq bəyanat verib.
Oxşar məhsul layihələri üzərində Huawei və Lenovo da iş aparırlar. Bununla yanaşı, CCS Insight-ın analitikləri hələ də bu cür cihazlar üçün adi istifadəçilər arasında perspektiv görmür, ən azından bunun 2022-ci ilə kimi belə olacağını düşünürlər. Ekspertlər yüksək qiymət və bazarların məhdud sayda olması səbəbi ilə belə smartfonlara tələbatın az olduğunu proqnozlaşdırırlar.