“Microsoft” rəqibi “Apple”dan tacını geri aldı
ABŞ-ın texnologiya nəhəngi “Microsoft” rəqibi “Apple” şirkətinin bazar dəyərini 8 ildən sonra keçərək yenidən dünyanın ən dəyərli şirkəti adını geri aldı.

Microsoft logo
Microsoft-un New York Fond Birjasındakı aktiv səhmləri çərşənbə günü 3% dəyər qazanıb. Səhmlər 110,99 dollara qədər yüksəlib. Səhmlərin artması ilə şirkətin bazar dəyəri 850 milyard dollara çatıb.
Beləliklə, “Microsoft” rəqibi “Apple”ın 845 milyard dollarlıq bazar dəyərini 8 il sonra keçərək, ən dəyərli şirkət adını geri qazandı.
“Apple”ın dünyanın ən dəyərli şirkəti mövqeyini itirməsinə səbəb İphone-lara olan tələbatın azalması və ticarət müharibəsinin göstərdiyi mənfi təsirlərdir.
Şirkətin səhmləri son 3 ayda 20%-dən çox dəyər itirərək, hər səhm üçün 171 dollara qədər geriləyib.